Vaaqn Aleksanyan: II Qaregin artıq katolikos deyil
Yusif Nəzərli
06:02 10.06.2025
Cənubi Qafqaz
304
“Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin subaylıq andını pozub, bu faktdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan deyib.
“Onlar bunu qəbul etmirlər, iddia edirlər ki, bu, çirkin sualdır, biz belə iddialara cavab vermirik. Əslində, bunun həqiqət olduğunu məhz belə sübut edirlər. Bir insana birbaşa sual verəndə və o, sadə şəkildə “bəli” və ya “yox” cavabı istisna olmaqla, hər hansı bir cavab verirsə, bu, o deməkdir ki, bu sualın cavabı onu verən üçün son dərəcə xoşagəlməzdir. İndi onlar da bunu dilə gətirmək istəmirlər və buna görə də məlum olur ki, Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin subaylıq andını pozub, o, katolikos ola bilməz”, - deputat qeyd edib.
Vaaqn Aleksanyan vurğulayıb ki, erməni kilsəsinin rəhbəri dəyişdirilməlidir:
"Erməni Apostol Kilsəsinin dəyərlərinə uyğun gələn yeni ruhani lider seçilməlidir. Erməni Apostol Kilsəsinin sadiq insanları bunu sevgi ilə və zorakılıq olmadan etməlidir. Yeni ruhani lider davranış yoxlamasından keçməli və hər şeydə Erməni Apostol Kilsəsinin liderinin real simasına və dəyərlərinə uyğun olmalıdır. İstisna etmirəm ki, Ermənistan Baş naziri (Nikol Paşinyan) hansısa formatda bu prosesi dəstəkləyəcək və ya iştirak edəcək”.
Xatırladaq ki, dünən Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb
14:12 06.08.2026
Maraqlı