Tarixin ironiyası: Kreml Ankaranın vasitəçiliyinə qısqanclıqla yanaşır
09:26 11.06.2025
Dünya
305
Rusiya və ABŞ iki ölkə arasında mövcud gərginliyi azaltmaq məqsədilə ikitərəfli məsləhətləşmələrin Moskva və Vaşinqtonda davam etdirilməsi barədə ilkin razılıq əldə edib.
Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev məlumat verib.
“Qeyd etmək lazımdır ki, müəyyən irəliləyiş var. Bu irəliləyişin real nəticəsi var, aprelin 10-da İstanbulda keçirilən son görüş zamanı tərəflər məsləhətləşmələrin paytaxtlarda keçirilməsi ilə bağlı ilkin qərar qəbul ediblər”, – o bildirib.
Səfirin sözlərinə görə, bu addım tərəflər arasında dialoqun bərpası və qarşılıqlı etimadın formalaşdırılması üçün yeni imkanlar yarada bilər.
Politoloq Əhəd Məmmədli Sherg.az-a bildirib ki, Rusiya və ABŞ rəsmiləri Moskva-Vaşinqton danışıqlarında üçüncü vasitəçiyə ehtiyac duymur:
"Bu təklif isə əsasən ruslardan gəlib. Türkiyə-Rusiya münasibətləri hazırda yüksək səviyyədə sayılsa da, Kreml danışıqlarda Ankaranın vasitəçiliyinin önə çıxmasını istəmir. İstanbuldakı Rusiya-Ukrayna müzakirələrindən sonra Rəcəb Tayyib Ərdoğan nəticələrin uğurlu olduğunu bildirdi. Rusiya mediası isə danışıqların heç də müsbət keçmədiyini, yalnız Türkiyə Prezidentinin öz istəkləri üçün bu cür söylədiyini yayımladı. Görünür ki, Kreml Ankaranın vasitəçiliyinə qısqanclıqla yanaşır. Bu, tarixin ironiyasıdır. Daim slavyan dünyası Osmanlını, türk xalqını Avropa ilə qarşıdurmaya sövq edib. İndi isə slavyan dünyasının 2 böyük dövləti Rusiya və Ukrayna müharibə aparır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat
Qızılın qiyməti bir unsiya üçün 4 350 dolları ötüb
09:15 06.08.2026
İqtisadiyyat
Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
09:10 06.08.2026
Gündəm
Politico: ABŞ və Ukrayna arasında kəşfiyyat əməkdaşlığı yaxşılaşıb
09:07 06.08.2026
Dünya
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
08:58 06.08.2026
Gündəm