Təhlükə susurmuş kimi görünən yerdən gəlir - RƏY
09:58 15.07.2025
Siyasət
352
PKK hərbi yox, informasiya savaşı mərhələsinə keçib
"TRT"nin kürd dilində (TRT Kurdi) yayım bölməsi, Güney Azərbaycanın qədim və böyük şəhərlərindən olan Urmiyanı "kürd şəhəri" kimi təqdim edib. Kanal şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb. Bəzi ekspertlərin fikrincə, ilk baxışdan jurnalistik mövzu seçimi kimi görünən bu süjet, təəssüf ki, pərdəarxasında ciddi risk faktorlarını özündə ehtiva edir.
Məsələ ondadır ki, "TRT Kurdi"nin süjetində Urmiya şəhərinin yalnız kürd mədəniyyəti təqdim olunur. Bu da bölgədə heç vaxt türklərin məskunlaşmadığı və ya artıq "keçmişdə qalmış" bir qrup olduğu təəssüratını formalaşdırır. Halbuki Urmiya sadəcə coğrafi ərazi deyil, Azərbaycan türklərinin mədəni və siyasi yaddaşında xüsusi yeri olan bir şəhərdir. Qədimdən bu bölgə Oğuz-Türk tayfalarının məskəni olub. Urmiyanın Qacar sülaləsinin yüksəlişində oynadığı rol, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin hərəkatları zamanı bu şəhərin siyasi mərkəz kimi çıxış etməsi onun türklüyünü təkcə etnik deyil, həm də tarixi fakt kimi təsdiqləyir. Düzdür, tarix boyu Urmiyada kürdlər də yaşayıb, ərazidə onların da mədəniyyəti var. Amma Azərbaycan türkləri bölgənin dominant, köklü və əsas etnosudur. Bunu nəzərə almamaq və ya təhrif etmək açıq qərəzdir.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, əslində, bu hadisə son zamanlar onun davamlı xəbərdarlıq etdiyi bir məsələnin nə qədər doğru və gələcək perspektivdə region üçün riskli olduğunu sübut edir. Ekspertə görə, söhbət son zamanlar təslim olduğu, silahı yerə qoyduğu deyilən, Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatının əslində transformasiyaya məruz qalmasından gedir:
"Bir daha qeyd edirəm ki, PKK-nın mübarizəsi yeni mərhələyə keçib. Türkiyə PKK-ya hərbi baxımdan ciddi zərbələr vursa da, təşkilatın mədəni, sosial və xüsusilə də informasiya strategiyası hələ də aktivdir. "TRT Kurdi"nin bu reportajı həmin sızmanın real nəticəsidir. Medianın dili simvolikdir və hər simvol müəyyən mərkəzdən gələn mesajı daşıyır. Bu baxımdan Urmiyanın "kürd şəhəri" kimi təqdim olunması yalnız reportaj deyil, eyni zamanda mövqe bəyanatıdır. Həm Türkiyədə, həm də Azərbaycanda çoxları bir qrup PKK üzvünün silahı yerə qoymasını "terrorsuz Türkiyə" arzularının reallaşması kimi başa düşür. "TRT Kurdi"nin məlum reportajı da həmin eyforiyaya qapılmağın real fəsadıdır. Belə materiallar Azərbaycanda narazılıqla qarşılanır. Əgər bu, redaksiya səhvidirsə, dərhal rəsmi açıqlama və düzəliş olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm