Tekirdağ Böyükşəhər Bələdiyyəsinin sədri Candan Yüceer Yeni Partiyadan istefa etdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Yüceer sosial şəbəkə hesabında paylaşım edərək istefasının səbəblərini açıqlayıb.
O, partiyadaxili münasibətlərdən narazılığını ifadə edərək şəxsi maraqların ortaq dəyərlərdən üstün tutulduğunu bildirib.
Yüceer qeyd edib ki, onun əsas prioriteti siyasi çəkişmələr deyil, Tekirdağa xidmət etmək, şəhərin problemlərini həll etmək və davam edən layihələri başa çatdırmaqdır.
Xatırladaq ki, Candan Yüceer 24 avqust 2026-cı ildə Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verərək Yeni Partiyaya qoşulmuşdu.