
Brüseldən əl-ələ mesaj: Paşinyanın Əbu-Dabidəki görüşdən sonra məsləhətləşmələrə ehtiyacı var idi
11:52 15.07.2025
Cənubi Qafqaz
407
Proseslər razılaşdırılmış məcrada davam edərsə, Azərbaycanla sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması və sərhədlərin dəqiqləşdirilməsi istiqamətində də real irəliləyiş mümkündür
Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsselə, ardınca isə Parisə səfərinin bəzi detalları açıqlanıb.
Bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Paşinyanı Brüsselə Əbu-Dabi görüşünün nəticələri ilə bağlı izahat almağa çağırıblar:
"Bir çoxları üçün səfər gözlənilməz oldu. Çox az sayda insanın bundan xəbəri var idi. Paşinyan Avropa İttifaqı (Aİ) rəsmilərinə Avropanın himayəsi altında sülh müqaviləsinin imzalanması baş tutmadığı barədə məlumat verib. Hazırda proses ABŞ-nin vasitəçiliyi ilə baş verir, "Zəngəzur dəhlizi" ilə bağlı razılaşma əldə olunur. Paşinyan Aİ-ni narahat etməmək üçün Rusiyanın regiondan çıxarılması ilə bağlı planı sona çatdırmaq barədə öhdəliyi üzərində götürdü", - deyə nəşr qeyd edib.
Qeyd edək ki, Nikol Paşinyan dünən Brüsseldə əvvəlcə Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenla, daha sonra isə Fransa Prezidenti Emanuel Makronla görüşüb.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Nikol Paşinyanın Əbu-Dabidəki görüşdən sonra məsləhətləşmələrə ehtiyacı var idi:

"Ermənistanda Rusiyanın dəstəyi ilə planlaşdırıldığı iddia olunan çevriliş cəhdi, hökumətlə kilsə arasında qarşıdurma və müxalif qüvvələrin – xüsusən də kilsənin başçılığı ilə Paşinyana qarşı vahid mərkəzdə birləşməsi kimi risklər də gündəmdədir. Belə bir vəziyyətdə Paşinyanın həm siyasi, həm də təhlükəsizlik baxımından qlobal güc mərkəzi olan Aİ-nin dəstəyinə ehtiyacı var idi. Brüsseldə baş tutan görüşlərdə yaranan foto mənzərə də bu ehtiyacın simvolik təzahürü idi. Avropa Komissiyasının sədri Ursula von der Leyen və Avropa Şurasının prezidenti Şarl Mişelin Paşinyanla əl-ələ verməsi, dolayısıyla ona qarşı yönəlmiş təhdidlərə – devirmək, əvəzləmək və başqa siyasi qüvvələri hakimiyyətə gətirmək istəyən mərkəzlərə açıq mesaj idi. Eyni zamanda bu görüşlərdə iqtisadi məsələlər, o cümlədən Aİ-nin Ermənistana investisiya və yardım planları da gündəmə gəldi. Bu dəstək Paşinyan hökumətinin hazırkı siyasi islahatları həyata keçirmək, ölkədaxili sabitliyi qorumaq və 2026-cı il parlament seçkilərinə hazırlıq məqsədilə ehtiyac duyduğu əsas dayaqlardan biridir. Brüssel səfərinin əsas məqsədlərindən biri də məhz bu dəstəyi əldə etmək və onu bütün dünyaya nümayiş etdirmək idi.
Nikol Paşinyanın iqtisadi, maliyyə, siyasi və təhlükəsizlik sahələrində xarici dəstəyə ehtiyacı olduğu aydındır. Əbu-Dabidə keçirilən 5 saatlıq sülh danışıqları da bu çərçivəyə daxildir".
Analitik əlavə edib ki, Əbu-Dabidəki danışıqlardan sonra verilən bəyanatlar, Aİ ilə keçirilən görüşlər və açıqlamalardan aydın oldu ki, İttifaq Azərbaycanla bağlı neqativ mövqe sərgiləmədi:
"Əksinə, əldə edilmiş razılaşmalar fonunda sülh müqaviləsinin tezliklə imzalanması təşviq olundu. Bu isə həm Azərbaycan-Ermənistan sülh prosesinə, həm də Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyası prosesinə Aİ-nin dəstəyinin göstəricisidir. Gözlənilir ki, Nikol Paşinyan yaxın vaxtlarda geniş mətbuat konfransı keçirərək Əbu-Dabidə aparılmış danışıqların detalları və hökumətin gələcək siyasi kursu barədə ictimaiyyətə məlumat verəcək. Belə bir addımı atmadan öncə isə onun rəhbərlik etdiyi hökumət üçün Aİ kimi qlobal güc mərkəzinin açıq dəstəyi vacib idi. Bu dəstək Brüsseldə nümayiş etdirildi. Artıq hökumətin konstitusiya dəyişiklikləri, daxili islahatlar və müxalifət, o cümlədən kilsə ilə mübarizə istiqamətində daha qətiyyətli addımlar atması gözlənilir. Əgər bütün bu proseslər razılaşdırılmış məcrada davam edərsə, Azərbaycanla sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması və sərhədlərin dəqiqləşdirilməsi istiqamətində də real irəliləyiş mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm