Tibb tarixində inqilabi addım: Gələcəyin bədən xəritəsi hazırlandı
12:38 15.07.2025
Sağlamlıq
471
100 min insan müayinə edildi
İngiltərədə həyata keçirilən nəhəng görüntüləmə layihəsinin nəticələri, ürək xəstəliklərindən tutmuş xərçəngə qədər geniş yayılmış sağlamlıq problemlərinin qarşısını almağı hədəfləyir.
Sherg.az xəbər verir ki, alimlər dünyanın ən böyük insan görüntüləmə layihəsi çərçivəsində 100 min insanın beyni, ürəyi və digər orqanlarının skan olunması məqsədinə çatıb.
İngiltərədəki bu təşəbbüs, 11 illik iddialı bir tədqiqatın zirvə nöqtəsi kimi tarixə düşüb.
BBC-nin məlumatına görə, ingilis könüllülərlə çalışan UK Biobank adlı qurumun baş elmi əməkdaşı professor Naomi Allen bildirib:
“Tədqiqatçılar görüntüləmə məlumatlarını sahib olduğumuz digər məlumatlarla birləşdirərək xəstəlikləri erkən zamanda aşkarlamaq və müalicəni daha tez başlatmaq üçün istifadə etməyə başlayıblar.”
Toplanan məlumatlar ürək-damar xəstəlikləri, xərçəng və digər geniş yayılmış sağlamlıq problemlərinin qarşısını almaq üçün yeni yollar tapmaq məqsədilə dünyanın müxtəlif ölkələrindəki tədqiqatçılara aşağı xərclə təqdim olunur.
100 mininci könüllü olan Steve belə deyib:
“Anama bir neçə il əvvəl erkən mərhələli demens diaqnozu qoyuldu və vəziyyəti yaxşı deyil. Buna görə də gələcək nəsillər mənim kimi insanlardan nələrsə öyrənə bilsin deyə tədqiqatlara daha çox dəstək vermək istəyirəm.”
Beş saatlıq müayinə
Nəhəng tibbi görüntüləmə layihəsi İngiltərənin dörd ayrı mərkəzində həftənin yeddi günü, gündə 13 saat fəaliyyət göstərir. Hər bir iştirakçıya 5 fərqli tipdə MRT, rentgen və ultrasəs aparatları ilə müayinə olunmaq üçün 5 saatlıq görüş vaxtı təyin olunur.
Toplanan məlumatlar anonimləşdirilir, yəni könüllülərin şəxsiyyəti gizli saxlanılır. Radioloqlar ciddi bir sağlamlıq problemi aşkarlamadığı təqdirdə, Steve kimi iştirakçılara fərdi nəticələr təqdim edilmir.
Layihə çərçivəsində könüllülərin soyadı, yaşadığı bölgə kimi şəxsi məlumatların paylaşılmasına icazə verilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm