Zərdüşt Əlizadə: Simonyan bu gün səhər mənə zəng vurub dedi ki, Zərdüştcan...
09:53 29.07.2025
Siyasət
786
Politoloq: Erkən seçkilərə getmək üçün Paşinyanın güclü əsası yoxdur
Ermənistanın siyasi gündəmində yenə də qeyri-müəyyənlik müşahidə olunur. Baş nazir Nikol Paşinyanın erkən parlament seçkilərinə gedib-getməyəcəyi, konstitusiya dəyişikliyi planlarının reallaşacağı və ya yarımçıq qalacağı barədə müxtəlif ehtimallar dolaşmaqdadır. Bu ehtimallar isə hələ ki, konkret qərarlarla deyil, şayiələrlə, qeyri-rəsmi məlumatlarla və fərdi təxminlərlə bəslənir.
Görünən odur ki, Paşinyanın indiyə qədər atdığı addımları, dəyişkən mövqeyi və nəticə verməyən islahat cəhdləri onun seçkilərə hələ tam hazır olmadığını göstərir.
Politoloq Zərdüşt Əlizadə Sherg.az-a verdiyi açıqlamasında Paşinyanın mövqeyi və erkən seşkilərlə bağlı səsləndirilən iddialara toxunub:
"Bunların hamısı ehtimaldır. Paşinyan erkən seçkilərə gedə də, getməyə də bilər. Bizim heç birimizin əlində dəqiq məlumat mənbəyi yoxdur, deyək ki, "Alen Simonyan bu gün səhər mənə zəng vurdu. Dedi ki, "Zərdüştcan, xəbərin var? Nikolcan fevralda erkən seçkilərə getmək istəyir". Mən də cavab verim ki, "Simoncan, dəqiq, dəyərli məlumata görə çox sağ ol. Azərbaycan jurnalisti sabah mənə zəng vursa, mən sizə istinadən deyəcəm ki, belə bir ehtimal var". Lakin bunların heç biri olmayıb. Nikol gündə bir şərh verir. Fikrini dəyişməkdə o, Trampdan sonra ikinci yeri tutur. Əgər ona erkən seçkilərə getmək xeyirdirsə, gedəcək. Amma hələ Paşinyan seçkilərdə qalib gəlmək üçün lazım olan tədbirlərin hamısını görməyib. Əvvəla onun hədəfində hökumətinə güclü mənfi təsir göstərən kilsə institunun zəiflədilməsi, ona sadiq kadrların gücləndirilməsi məqsədi dururdu. Lakin o hələ bunun öhdəsindən gəlməyib. Yəni iki yüksək ali məqamlı kilsə xadimini içəri salsa da, katalikosu yerindən dəbərdə bilməyib".
Politoloq Rusiyanın hərbi qüvvəsinin Ermənistanda artırdığını söyləyib:
"Rusiya təbii ki, bunu edəndə Nikoldan icazə almır, onu fakt qarşısında qoyur. Belə bir məqamda Paşinyan bu hərbi qüvvənin kimə və necə xidmət edəcəyini bilmir. O, çalışacaq ki, gələn ilin iyul ayına təyin olunan seçkilərə qədər istədiyinə nail olsun, kilsənin və Rusiyanın təsir amilini zəiflətsin. Eləcə də qələbə nümunəsi kimi göstərmək, özünün xarici və daxili şəxsiyyətinin uğurunu nümayiş etdirmək üçün Azərbaycan və Türkiyə ilə hər hansısa bir razılaşma əldə etsin. Çünki o seçkilərə gedən zaman "mən Qarabağı itirmişəm, Qarabağdan ermənilər qaçıb-gəlib Ermənistana, əhali azalır" kimi ifadələri deyə bilməz. O deməlidir ki, "erməni xalqı, mən sizə sabit sülh-əminamanlıq gətirmişəm, oğullarınız müharibəyə gedib şikəst olmayacaqlar. Qonşularımızla sabit əlaqələr qurulub, sərhədlər açılıb. İqtisadi artım var". Amma o bunları etmədiyi halda heç bir əsasla erkən seçkilərə gedə bilməz. Qərar erməni xalqının və Ermənistanındır.
Erkən seçkilərə getmək üçün Paşinyanın güclü əsası yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm