2025-ci ilin sonuncu planetlər paradı olacaq
Yusif Nəzərli
07:31 08.08.2025
Cəmiyyət
362
Avqustun 10-da ilin sonuncu planetlər paradı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda tam sıralanma avqustun 10-u saat 04:08-dən başlayacaq, saat 04:50-də son planet Merkuri qoşulacaq.
Saat 05:46-da isə Günəş artıq üfüqdən qalxmış olacaq. Ay, Saturn, Neptun, Uran, Venera, Yupiter və Merkuri qərbdən şərqə doğru düzüləcək. Təəssüf ki, hazırda Mars səmada Günəşdən sonra mövqeləşdiyi üçün bu paradda olmayacaq. Yupiter ilə Venera səmada yaxınlaşacaqlarından, Veneranın fonunda Yupiter o qədər də parlaq görünmür. Saturn və Uran isə zəif olduqları üçün onları adi gözlə görmək mümkün deyil, kiçik teleskopla müşahidə etmək olur. Merkuri isə Günəşə çox yaxın olduğundan müşahidəsi çətinləşəcək. Avqust ayının sonunadək planetləri bir yerdə izləmək mümkün olacaq.
Qeyd edilib ki, planetlərin paradı tamamilə vizual hadisədir və parad zamanı Yer səmasında onlar ardıcıl sıralansalar da kosmosda planetlərin konfiqurasiyası tamamilə fərqli olur. Cari konfiqurasiyanı buradan izləyə bilərsiniz.
Xatırladaq ki, bu ilin yanvar ayında 6 planetin iştirakı ilə böyük parad, fevralda isə 7 planetin qoşulduğu nadir tam planet paradı müşahidə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol