
Politoloq: Davudoğlunun Bakı-İrəvan açıqlamaları mübahisəlidir
05:56 19.08.2025
Siyasət
297
Bizim üçün önəmli olan Türkiyənin rəsmi qurumlarının baxışıdır
Türkiyənin keçmiş xarici işlər naziri, hazırda hakimiyyətə müxalif mövqedə dayanan Əhməd Davudoğlu yerli televiziya kanallarından birinə verdiyi müsahibədə deyib ki, əgər Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ankara Ermənistanla sərhədin açılmasına və bu ölkə ilə diplomatik münasibətlərin qurulmasına razılıq versəydi, Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda deyil, Ankarada görüşəcək və dəhlizin adı “Tramp” deyil, misal üçün, “Ərdoğan” adlandırılacaqdı. Davudoğlu Ermənistanla imzalanan İsveçrə protokollarına qayıdılması təşəbbüsü ilə çıxış edib. Həmçinin, Türkiyə-Azərbaycan-Ermənistan üçlü formatının təsis edilməsinin vacibliyindən danışıb.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Əhməd Davudoğlunun üçlü format barədə söylədiyinin gələcəkdə reallaşması ehtimalı yüksəkdir, ancaq keçmiş xarici işlər nazirinin digər açıqlamaları mübahisəlidir. Ekspert bildirib ki, Türkiyə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sərhədi açıb, diplomatik münasibətlər qursaydı belə, İrəvan Bakı ilə dialoqunda Ankaranı vasitəçi olaraq qəbul etməyəcəkdi:

"Baş nazir Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır. Ancaq o belə Prezident İlham Əliyevlə sülh sazişinin mətninin Ankara və ya İstanbulda paraflanmasına razılıq verməzdi. Vaşinqtondakı razılaşmada Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin iştirakı ilə konsorsiumun yaradılması təklif edilib. İrəvan belə bir konsorsimun Türkiyənin rəhbərliyi altında təsis edilməsinə razılıq verməzdi. Buna baxmayaraq, gələcəkdə formalaşacaq konsorsiumda Türkiyə şirkətlərindən birinin iştirakı mümkündür.
Rəsmi Ankara Vaşinqton razılaşmasını dəstəkləsə də, Türkiyədə bu razılaşma ilə bağlı tənqidi fikirlər də səslənir".
E.Şahinoğlu vurğulayıb ki, Türkiyədəki bir qrup siyasətçi və ekspert ABŞ-ni imperialist dövlət kimi dəyərləndirir və bu dövlətin İsraildən fərqlənmədiyi qənaətindədir:
"Buna görə də həmin dairələrdə Amerikanın istənilən təşəbbüsünə tənqidi yanaşılır. Bizim üçün önəmli Türkiyənin rəsmi qurumlarının baxışıdır. Onların isə Vaşinqton razılaşmasına iradı yoxdur. Bunun dərin səbəbi var. Birincisi, Bakı strateji müttəfiqliyə əsaslanaraq Vaşinqtonda üçlü görüşə hazırlıq mərhələsində Ankara ilə məsləhətləşməmiş deyil. İkincisi, Tramp əbədi prezident deyil, zaman gələcək “Tramp marşrutu” yenidən “Zəngəzur dəhlizinə” çevriləcək və bu yoldan daha çox istifadə edən Türkiyənin bölgədə rolu indikindən daha çox artacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm