Bloomberg: 10 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
Yusif Nəzərli
06:57 20.08.2025
Dünya
242
Təxminən 10 ölkə Ukraynaya təhlüksəizlik təminatı çərçivəsində qoşun göndərməyə hazırdır.
APA xəbər verir ki, "Bloomberg" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, təxminən 10 ölkə Ukraynaya sülh sazişi çərçivəsində öz qoşunlarını göndərməyə hazırdır.
Məlumata əsasən, 2025-ci il avqustun 19-da Avropa rəsmiləri Britaniya və Fransa qoşunlarının Ukraynaya göndərilməsi planını, onların sayını və dislokasiyasını müzakirə ediblər.
Böyük Britaniya hökuməti bildirib ki, Avropa hərbi nümayəndələri yaxın günlərdə ABŞ-dakı həmkarları ilə görüşəcək, məqsəd Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərini dəqiqləşdirmək və hərbi dəstək qüvvələrinin yerləşdirilməsinə hazırlıq görməkdir – bu, döyüş əməliyyatlarının dayandırılması halında baş verə bilər.
"Axios" isə öz mənbələrinə istinadən yazır ki, Ukraynaya təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə işçi komissiyaya ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edir. Nəşrə danışan bir ukraynalı rəsminin sözlərinə görə: “Yaxın günlərdə hamı təhlükəsizlik zəmanətləri üzərində gün çıxandan gün batana qədər işləyəcək. Ola bilər ki, həftənin sonuna qədər müəyyən bir aydın mexanizm formalaşsın.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region