Ev internetinizi yavaşladan 4 BÖYÜK SƏHV
12:53 02.09.2025
Texnologiya
520
Bir çox evdə yüzlərlə meqabit, hətta giqabit sürətlərə çatmaq mümkündür. Bəs bu sürətlər necə düzgün istifadə oluna bilər ki, havaya getməsin? Budur edilən
Sherg.az xəbər verir ki, əvvəllər 3 Mbps sürətli kabel interneti inqilabi sayılırdı; Quake kimi oyunlar oynanır, aşağı keyfiyyətli də olsa videolar izlənirdi.
Bu gün isə bir çox evdə yüzlərlə meqabit, hətta giqabit sürətlərə çıxmaq mümkündür. Lakin bu sürətlər düzgün istifadə olunmadıqda asanlıqla boşa gedir.
Texnologiya saytı Pocket Lint, ev internetini 4K film izləmək, Zoom görüşləri və onlayn oyunlar üçün hazır saxlamaq istəyənlərin mütləq çəkinməli olduğu səhvləri sadalayıb.
1. Proqram və yeniləmələri açıq saxlamaq
Yükləmə proqramları həm yüksək sürətlə fayl endirir, həm də digər istifadəçilərə məlumat göndərdiyi üçün bant genişliyini tükəndirir. Tək bir fayl belə oyunlarda gecikməyə səbəb olur. Ona görə də yükləmələri gecəyə saxlamaq və proqramları tam bağlamaq lazımdır.
Yazılım yeniləmələri də bəzən böyük fayllar ehtiva edir. Windows, macOS və ya Steam/Epic kimi oyun platformaları giqabaytlarla məlumat endirərək bağlantını çətinləşdirə bilir. Çıxış yolu - parametrlərdən yükləmə vaxtlarını planlamaqdır.
2. Gərəksiz VPN istifadəsi
VPN-lər təhlükəsizlik və məzmun əldə etmək üçün faydalıdır, amma interneti uzaq serverlərdən yönləndirdiyi üçün gecikməyə yol açır. Bu hal xüsusən onlayn oyunlarda və bulud əsaslı xidmətlərdə problem yaradır. Zərurət olmadıqda VPN açıq saxlanmamalıdır.
3. Modemi yanlış yerə qoymaq
İnternet sürəti yalnız infrastrukturdan deyil, siqnalın gücündən də asılıdır. Modemi şkafın içinə, çəkməcəyə və ya metal səthlərin yanına qoymaq siqnalı ciddi şəkildə zəiflədir.
Modem üçün ən yaxşı yerlər arasında masa və ya sehpaların üstü, divarlardan və elektron cihazlardan uzaqda, evin mərkəzi nöqtələri göstərilir.
Çoxmərtəbəli evlərdə isə mesh sistemlər və ya hər mərtəbəyə ayrıca modem qurulması tövsiyə olunur.
4. Wi-Fi 5 modem istifadə etmək
Wi-Fi 5 (802.11ac) modemlər artıq müasir evlər üçün yetərli deyil. Onlar eyni anda 50–60 bağlantını idarə edə bilsə də, bu gün telefon, kompüter, planşet və ağıllı ev cihazlarının sayı bu həddi tez aşır.
Həddindən artıq yüklənmə zamanı modem yeni bağlantılar üçün yer açmaq məqsədilə aktiv bağlantıları kəsə bilir.
Wi-Fi 6 isə bu problemləri böyük ölçüdə aradan qaldırır. Wi-Fi 6E və 7 daha yüksək imkanlar təqdim etsə də, gündəlik istifadədə ən böyük fərqi Wi-Fi 5-dən Wi-Fi 6-ya keçid yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə
PUA hücumu nəticəsində Tümen NEZ-də yanğın baş verib
13:17 25.07.2026
Dünya
İbrahim Kutluay alimentin ləğvi ilə bağlı iddiadan imtina edib
12:55 25.07.2026
Cəmiyyət