
Metroda differensial ödəniş: Az gedən az, çox gedən çox ödəyəcək -RƏY
13:35 12.09.2025
Cəmiyyət
491
Eldəniz Əmirov: “Metroda differensial tarif 99% halda qiymət artımı deməkdir”
"Metroda differensial qiymət artımı ola bilər".
Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin sədrinin müşaviri Emil Əhmədov bildirib.
O qeyd edib ki, "Bakı Metropoliteni" QSC qiymətlərin artırılması və azaldılması kimi bir səlahiyyətə sahib olmadığı üçün bu gün bu mövzu müzakirə olunmur, amma differensial qiymət artımı ola bilər.
"Gündəmdə olan məsələlərdəndir, amma bunun üçün tamamlama, infrastuktur işləri, yeni stansiyaların açılması, müvafiq ödəniş sistemlərinin tətbiqi və s. kimi məsələlər var. Yəni ki, differensial qiymət artımı gələcəkdə ola bilər, nəzərdə tutulur, amma bu gün bu barədə yekun bir qərar yoxdur",- deyə E.Əhmədov bildirib.
İqtisadçı ekspert Eldəniz Əmirov Sherg.az-a söyləyib ki, differensial qiymət artımı, yəni qiymətin differensial şəkildə müəyyən edilməsi deməkdir:

"Yəni burada həm artım, həm də azalma da ola bilər. Lakin 99% halda qiymətlərdə artım baş verəcəyi gözlənilir. Azalma ehtimalı isə nəzərə alınmır. Buna görə də, diferensial dəyər bu artımla müşahidə olunacaq. Diferensiallıq isə müxtəliflik deməkdir, yəni fərqli qiymət dərəcələri müəyyən ediləcək. Burada müştərilərin metrodan hansı saatlarda və ən böyük ehtimalla hansı stansiyalardan daha çox istifadə etməsi nəzərə alınacaq.
Başqa sözlə desək, diferensiallıq müştərilərin metro stansiyalarından istifadəsinə bağlıdır. Yəni metroya "Dərnəgül"də minib “Həzi Aslanov”da düşən və sonra başqa stansiyalardan istifadə edən şəxslə, yalnız bir stansiyadan istifadə edən şəxsin dəyəri fərqli olacaq. Amma bunun üçün güclü infrastruktur vacibdir. Məsələn, haradan bilinsin ki, müştəri 1 stansiyadan yoxsa, 5 stansiyadan sonra düşəcək. Sistem bunu əvvəlcədən müəyyən etməlidir".
Ekspert əlavə edib ki, ödənişlər sistemi müştərinin stansiyadan çıxışını əvvəlcədən hesaba almalıdır:
"Texniki proseslərdə, xüsusilə infrastruktur baxımından, müştəri metroya daxil olduqda hansı stansiyada çıxacağı nəzərə alınır və ödəniş onun çıxışı zamanı tamamlanır. Bu sistem o qədər də nə sadə, nə də mürəkkəb deyil. Ancaq infrastruktur hazır olduqdan sonra bu mümkündür. Həmçinin sözügedən tarif lazımlıdır. Çünki 10 stansiyadan istifadə edənlə iki stansiyadan istifadə edən şəxsin eyni ödənişi ödəməsi düzgün olmaz".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region