Türkiyə-Ermənistan Normallaşma Prosesi üzrə Xüsusi nümayəndələrin görüşü - DETALLAR
14:24 12.09.2025
Region
1872
Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində Xüsusi Nümayəndələr – Türkiyə tərəfdən Ermənistanla normallaşma üzrə xüsusi nümayəndə Serdar Kılıç və Ermənistan tərəfdən Milli Məclis sədrinin müavini Ruben Rubinyan atasında İrəvanda baş tutan altıncı görüşünün detalları açıqlanıb.
Bu barədə Teleqraf-a Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə xüsusi nümayəndələr Türkiyə ilə Ermənistan arasında tam normallaşma prosesini irəlilətmək məqsədilə, əvvəlki görüşlərdə üzərində işlənmiş və razılaşdırılmış məsələləri təsdiqləyib.
Bu çərçivədə, 1 iyul 2022-ci il tarixində keçirilmiş görüşdə razılaşdırılmış sərhəd keçidləri ilə bağlı razılaşmanın həyata keçirilməsi məsələsində fikir mübadiləsi aparılmış və prosesin sürətləndirilməsi barədə razılıq əldə olunub.
Xüsusi nümayəndələr Qars-Gümrü dəmir yolu və elektrik enerjisi əlaqələrinin (enterkonnektor) bərpası və fəaliyyətə başlaması üçün hər iki ölkənin aidiyyəti qurumlarının texniki işləri həyata keçirməsi barədə razılığa gəliblər.
Mədəniyyət və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə, xüsusilə ali təhsil tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi İpək Yolu (Ani) körpüsünün birgə şəkildə bərpası istiqamətində səylərin göstərilməsi qərara alınıb.
Xüsusi nümayəndələr 2026-cı ilin yayından etibarən maraqlı digər aviaşirkətlərin müxtəlif istiqamətlərə uçuşlar həyata keçirməsi üçün zəruri hazırlıq işlərinin görülməsi və bununla da iki ölkə arasında hava nəqliyyatı və uçuş sayının artırılması məsələsində də razılığa gəliblər.
Sonda xüsusi nümayəndələr bu prosesi heç bir ilkin şərt olmadan davam etdirmək öhdəliklərini bir daha təsdiqləyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region