Ermənistan İstintaq Komitəsi İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsinin icraatında olan cinayət işi çərçivəsində 65 ünvanda axtarışlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Kima Avdalyan məlumat verib.
“Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsində icra olunan cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarışlar aparılır”, - o qeyd edib.
***
09:46
Ermənistan İstintaq Komitəsinin müstəntiqləri müxalif “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın və partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarışlar aparırlar.
Teleqraf xəbər verir ki, bu barədə “Güclü Ermənistan” partiyasının sözçüsü Aqavni Sukiasyan məlumat verib.
O qeyd edib ki, Karapetyan ailəsi ilə əlaqəli digər ünvanlarda da axtarışlar aparılır.