Gürcüstanda Azərbaycan dilinə sayğısızlıq
13:20 15.09.2025
Aktual
417
Azərbaycanlı şagirdlərə paylanan erməni üzlü dəftərlər dərhal dəyişdirilməlidir
Gürcüstanda 7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilində çap olunub.
Sherg.az xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, “Maarif” təşkilatının direktoru Aygül İsayeva sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, sözügedən dəftər Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblər üçündür və Gürcüstanda nəşr edilib:
"Gürcüstanın Təhsil Nazirliyi yeni dərs ilinin başlanması münasibətilə müəllimləri və şagirdləri belə sevindirir. 7-ci sinif “Tarix” dərsliyi üçün hazırlanmış “Şagirdin dəftəri”nin üz qabığı erməni dilində, iç səhifələri isə Azərbaycan dilindədir. Görəsən, bu qədər kitabı kütləvi tirajla buraxmazdan öncə, siqnal varianta gözucu da olsa baxmaq kiminsə, nə vaxtsa ağlına gələcəkmi?", - deyə o qeyd edib.
A.İsayeva əlav edib ki, dəftərin bəzi iç səhifələrində də erməni dilində yazılar var.
A.İsayeva Gürcüstan təhsil naziri ilə görüşü zamanı bir neçə kitablardakı səhvləri göstərib yeni kitabların nəşrində ən son variantın, çapa hazırlanan variantın yoxlanışına Azərbaycandan mütəxəssislərin cəlbini təklif etdiyini deyib. Hesab edilir ki, Azərbaycan dilli məktəblər bu nəşri qəbul etməməmlidirlər. Azərbaycan dilində olan məktəb üçün erməni dilində yazmaq, sırf təsadüf ola bilməz, burada qərəz də görünür. Və bu dəftərlər yenidən nəşr edilməlidir.
Əslən Borçalıdan olan həkim-pediatr Vaqif Qarayev isə hesab edir ki, bu, böyük ehtimalla texniki xətadır. Belə bir həssas məsələ mütləq həll edilməlidir. Əks halda bu, dilimizə və mədəniyyətimizə qarşı hörmətsizlik olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq