Rusiya son sutkada Ukraynaya 90 zərbə dronu ilə hücum edib
09:23 19.09.2025
Dünya
358
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı yeni PUA hücumlarına münasibət bildirib.
APA xəbər verir ki, Zelenski dünyanın sülhə çağırışlarına baxmayaraq, Rusiyanın bunu eşitmədiyini “Telegram” kanalında yazıb.
Zelenskinin sözlərinə görə, dünən axşamdan etibarən Ukraynaya qarşı demək olar 90 zərbə dronu ilə hücum edilib, onların çoxunu Ukrayna hərbçiləri zərərsizləşdirib.
Hücumlar Donetsk vilayəti, Kiyev regionu və paytaxt, Sumı, Xarkov, Çerniqov və Dnepropetrovsk bölgələrini əhatə edib. Hədəflər arasında Ukraynanın infrastrukturu və müəssisələri olub.
Zelenski bildirib ki, “yenə də ruslar mülki şəxslərə hücum edirlər, halbuki bütün dünya, o cümlədən ABŞ sülhə çağırır”.
“Biz Prezident Trampın qətllərin dayandırılması ilə bağlı mövqeyini eşitdik və diplomatiyaya yol açılması üçün bütün təklifləri qəbul etdik. Lakin görünür ki, Rusiyada bu mövqe eşidilmir”, - Ukrayna lideri vurğulayıb.
Zelenski Ukraynanı gücləndirən proqramların, xüsusilə ABŞ-a təklif olunan genişmiqyaslı dron və silah alışı sazişlərinin daha fəal həyata keçirilməsini tələb edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət