Cihat Yaycı: Tufan Erhürman Yunanıstanın adamı deyil -SÖHBƏT
13:00 20.10.2025
Müsahibə
1419
O da ilk növbədə türk xalqının və Türkiyənin maraqlarını nəzərə alacaq
Artıq qurulmuş bir dövləti federasiyaya çevirmək doğru addım sayılmaz
Sözügedən alternativlərdən biri Türkiyə ilə ittifaq qurmaq, hətta Türkiyəyə birləşmək ehtimalıdır
TDT-də təmsilə və tamhüquqlu üzv olmağa yönəlmiş addımlara davam ediləcək
Şimali Kipr Türk Cümhuriyyətində Tufan Erhürmanın prezident seçilməsi ilə bölgədə siyasi vəziyyət yenidən diqqət mərkəzinə gəlib. Erhürman, uzun müddətdir müzakirə olunan Kofi Annan planı və federasiya modeli ilə əlaqəli mövqeyi ilə tanınır. Lakin hazırkı geosiyasi reallıqlar və Türkiyə ilə sıx bağlılıq, Yunanıstanın arzuları Şimali Kiprin gələcəyinə dair məsələləri mürəkkəbləşdirir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatındakı mövqe də Şimali Kipr üçün əsas prioritetlərdən hesab olunur.Regionda müxtəlif siyasi və diplomatik alternativlər gündəmdədir və Tufan Erhürmanın rəhbərliyi altında bu proseslərin necə inkişaf edəcəyi maraqla izlənir.
Keçmiş kontr-admiral, İstanbul Topqapı Universitetinin dossenti, dr.Cihat Yaycı Sherg.az-ın suallarını cavablayıb:
-Şimali Kipr Türk Cümhuriyyətinin yeni prezidenti Tufan Erhürman federasiya sistemini ddəstəkləməsi ilə tanınan bir şəxsdir. Mövcud vəziyyətdə Türkiyə ilə münasibətlər necə olacaq?
-Əslində prezidentin kim olması o qədər də önəmli deyil. Çünki Türkiyə Cümhuriyyəti orada zəmanətçi dövlətdir və iki dövlətin də mövcudluğunun əsasında bir həllin tərəfdarıdır. Artıq qurulmuş bir dövləti federasiyaya çevirmək doğru addım sayılmaz. Elə Tufan Erhürman da bildirib ki, Türkiyə Cümhuriyyəti ilə məsləhətləşmədən heç bir addım atmayacağaq. Bu da onu göstərir ki, Türkiyənin siyasəti nədirsə, o da onu tətbiq edəcək. Bir prezidentin onsuz da təkbaşına belə bir qərar verməsi mümkün deyil. Lozanna müqaviləsinin 16-cı maddəsi Türkiyəni Kipr məsələsində zəmanətçi edən hüquqi bəndlərdən biridir. Bu maddə qüvvədə olduğu müddətcə, Kiprdə Türkiyə Cümhuriyyətinin mövcudluğu davam edəcəkdir.
-Devlet Bahçeli Tufan Erhürmana və seçkilərlə bağlı çağırışını necə qiymətləndirirsiniz?
-Demokratik seçki keçirilib və bu seçkiyə hörmətlə yanaşmaq lazımdır. Ancaq Şimali Kipr Türk Cümhuriyyətinin gələcəyi ilə bağlı bir neçə alternativ var. Sözügedən alternativlərdən biri Türkiyə ilə ittifaq qurmaq, hətta Türkiyəyə birləşmək ehtimalıdır. Bu hər zaman masada olan bir seçimdir və danışılması heç də təəccüblü deyil.
Sabiq Prezident Ersin Tatar bundan sonra nə edəcək?
-Ersin Tatar öz vəzifəsini yerinə yetirib və demokratik seçkilər nəticəsində prezidentliyi Tufan Erhürmana təhvil verəcəkdir. Bundan sonra aktiv siyasətdə hansı mövqedə yer alacağı isə onun özü və üzvü olduğu siyasi partiyanın qərarlarından asılı olacaq.
-Yunanıstanın aktivləşdiyinə dair söyləntilər var. Hansısa təxribat ola bilərmi?
-Yunanıstanın tarixən məqsədi hər zaman Kipr adasını özünə birləşdirmək və adanı türksüz hala gətirmək olub. Onlar 1790-cı illərdən bəri bu niyyətlərindən əl çəkməyiblər. Lakin bu xəyallar heç vaxt reallaşmayacaq. Keçmişdə də federasiya tərəfdarları prezident seçilib, amma vəziyyət dəyişməyib. Tufan Erhürman da Yunanıstanın adamı deyil, nəticədə o da bir türkdür. O da ilk növbədə türk xalqının və Türkiyənin maraqlarını nəzərə alacaq.
-Yeni prezidentin hakimiyyətə gəlməsi TDT ilə münasibətlərə necə təsir edəcək?
-Şimali Kipr Türk Cümhuriyyəti indiyə qədər əldə etdiyi diplomatik uğurları davam etdirəcək. Yəni TDT-də təmsilə və gələcəkdə tamhüquqlu üzv olmağa yönəlmiş addımlar atılmağa davam ediləcək. Türk Dövlətləri Təşkilatının Aralıq dənizinə çıxışı olan iki ada dövləti var: biri Türkiyə, digəri isə Şimali Kipr Türk Cümhuriyyətidir. Bu baxımdan da TDT üçün Şimali Kiprin geosiyasi əhəmiyyəti çox böyükdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya