Azərbaycana turist axını 1,8% azalıb
08:15 22.10.2025
İqtisadiyyat
668
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1948,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sherg.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, gələnlərin 24,8 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 7,9 faizi İran, 6,8 faizi Hindistan, 4,5 faizi Səudiyyə Ərəbistanı, 4,2 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,6 faizi Çin, hər birindən 2,3 faiz olmaqla Özbəkistan və İsrail, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,1 faizi Belarus və 13,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,8 dəfə, Yaponiyadan - 1,6 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 1,5 dəfə, Qırğızıstandan - 35,7 faiz, Özbəkistandan - 31,6 faiz, Qazaxıstandan - 19,4 faiz, ABŞ-dan - 16,3 faiz, Kanadadan - 16,3 faiz, Niderlanddan - 16,3 faiz, Almaniyadan - 15,2 faiz, Pakistandan - 15,1 faiz, İtaliyadan - 15,1 faiz, Koreya Respublikasından - 10,3 faiz artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,5 faiz artaraq 88,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,9 faiz azalaraq 321,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,2 faiz azalaraq 669,8 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 3,1 faiz artaraq 868,5 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,2 faizi hava, 22,5 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm