
Yeni ümid yarandı: Tələbələr gediş haqqından xilas olmalıdırlar
Yusif Nəzərli
07:12 29.10.2025
Sosial
626
“Avropa təcrübəsi göstərir ki, güzəştli nəqliyyat zərərə səbəb olmur”
Kapital Bank nəqliyyatda gediş haqqının tələbə kartı ilə ödənməsi pilot layihəsinə başlayıb. Xəbər tələbələr arasında sevinclə qarşılanıb. Tələbə gediş kartının hansı şərtlər daxilində istifadə olunacağı bəlli deyil. Lakin layihənin icrasına başlanması ümidvericidir. Tələbə və məktəblilər, məlumdur ki, ictimai nəqliyyatdan ən çox istifadə edən təbəqədir. Gün ərzində həm tələbələr, həm də şagirdlər 2-3, əlavə olaraq repetitor yanına, ya da məşğələlərə gedirlərsə, ictimai nəqliyyatdan daha çox istifadə edirlər. Şagirdlərin valideynləri tərəfindən məktəbə aparılıb-gətirilməsi zərurəti isə ailə büdcəsinə yetərincə yük olur. Xatırladaq ki, Kapital Bank tərəfindən ötən il “Tələbə+” kartları istifadəyə verildi. Bu, Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında “Tələbə+” kartı ilə bağlı memorandumun imzalanması ilə mümkün oldu. Memoranduma əsasən, tələbələr “Tələbə+” kartı ilə sosial layihələrdə iştirak etmək, partnyor mağazalarında endirimlərdən yararlanmaq və “Birbank” mobil tətbiqində kart xərclərinə nəzarət etmək fürsəti əldə edirdilər. Amma vətəndaşların, eləcə də tələbələrin xərclərini mümkün qədər azaltmaq istəyiriksə, ilk növbədə gediş haqqında onlara güzəşt edilməlidir. Tələbə kafe-restorana getməyə bilər, amma dərsə gedib-gəlmək məcburiyyətindədir. Bu, onun ən ümdə vəzifəsidir. Gediş haqlarının da artırıldığı nəzərə alınarsa, tələbə, həmçinin evində məktəbyaşlı övladı olan ailələr gediş haqqı çətinliyi çəkir.
Təhsil eksperti Kamran Əsədov tələbələrə gediş haqqı kartlarının verilməsiylə bağlı pilot layihənin icrasını alqışladı və bildirdi ki, təhsilalanları gediş haqqından xilas etməyin yolu məhz onlara gediş kartlarının paylanmasıdır:

- Bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə təhsil alanlara nəqliyyatda güzəştli kartların verilməsi praktikası çoxdan mövcuddur. Tələbələrə bir sıra digər güzəştlər də tətbiq edilir. Tələbələr bununla ictimai nəqliyyatdan, muzeylərdən ödənişsiz istifadə edə bilir. Bizdə də təhsil alanlara ictimai nəqliyyatda güzəştlər tətbiq edilməlidir. Ümumi vətəndaşlar üçün də aylıq gediş kartı sistemi tətbiq edilə bilər. Aylıq kartlardan istifadə zamanı gediş haqqında güzəştlər əldə edilir. Bunun üçün brutto müqavilələr bağlanır. Bu təcrübə Avropa ölkələrində də var. Brutto müqavilələr əsasında daşıyıcı şirkətlər məktəbliləri, tələbələri ödənişsiz, yaxud da güzəştli şərtlərlə daşımaqla zərərə düşmürlər. Zərərləri qarşılanır. Elm və Təhsil Nazirliyinin də belə bir maddi imkanı yoxdur ki, şagirdlərin, tələbələrin ödənişsiz daşınmasını təmin etsin. Nazirliyin daşıyıcı şirkətlərin hesabına pul köçürməsi də mümkün deyil. Bu məsələni Nazirlər Kabineti həll edə bilər. NK qaydaları müəyyənləşdirməlidir. Təklifimiz budur ki, şagirdlərə “şagird kartı”, tələbələrə “tələbə kartı” paylanır, bu kartlar vasitəsilə kart sistemi ilə fəaliyyət göstərən ictimai nəqliyyatda gün ərzində 2 dəfə istifadə hüququ verilir, Maliyyə Nazirliyi də həmin vəsaiti daşıyıcı şirkətin hesabına köçürür. Bununla da zərər bağlanmış olur. Bunun üçün də Nazirlər Kabineti müvafiq qərar verməli, məsələnin həllini aidiyyətli strukturlara tapşırmalıdır. Şəffaflıq təmin edilsin deyə, daşıyıcı şirkət ay ərzində nə qədər təhsilalana ödənişsiz xidmət göstərildiyini, ödənişsiz kartların vurulma sayını Maliyyə Nazirliyinə təqdim etməlidir. Problem bu yolla həllini tapa bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi