Aqil Abbas: Həyat yoldaşımla birlikdə Ağdama köçmək istəyirik
15:05 03.11.2025
Qarabağ
493
Prezidentimizin rəhbərliyi ilə Ağdamda yüz minlik bir şəhər inşa olunur
İki otaqlı ev versələr, mənim dədəmə də bəsdir
Ağdam Azərbaycanın tarixində, mədəniyyətində və Qarabağın taleyində xüsusi yeri olan bir şəhərdir. Uzun illər işğal altında qaldıqdan sonra, bu gün Ağdam yenidən dirçəlir, yenidən qurulur.
Ağdam şəhəri Birinci Qarabağ müharibəsi zamanı- 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri işğalına məruz qalmışdı. Lakin Vətən müharibəsinin sonunda, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoydu. O vaxtdan etibarən Ağdamda genişmiqyaslı tikinti və bərpa işlərinə başlanıldı. Şəhərin ilk sakinləri olacaq 104 ailə yaxın günlərdə doğma yurdlarına yola salınacaq. Ümumilikdə isə 2026-cı ilə qədər Ağdama 20-25 min nəfərin köçürülməsi planlaşdırılır. Tikinti planına əsasən, Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən və 100 min nəfərin yaşayacağı, ölkənin dördüncü ən böyük şəhəri olacaq.
Millət Vəkili Aqil Abbas Sherg.az-a açıqlamasında Ağdamda geniş miqyaslı tikinti işlərinin aparıldığını söyləyib:
"Demək olar ki, ayda bir-iki dəfə ora gedir, görülən işlərlə tanış oluram, həm tikilən binalara, həm də orada çalışan insanlara baxıram. Bir çox binalar hazır vəziyyətə gətirilib. İnsanların köçürülməsi prosesi də başlayır. Allah bu işi uğurlu və xeyirli etsin. Prezidentimizin rəhbərliyi ilə Ağdamda yüz minlik bir şəhər inşa olunur. Amma mən inanıram ki, Ağdam yalnız yüz minlik şəhərlə məhdudlaşmayacaq. Ağdam Qarabağın paytaxtıdır. Qarabağa gedən bütün yollar Ağdamdan keçir. Bu torpaq həm bərəkətli, həm də çörəklidir, torpağı qızıldır, insanları isə zəhmətkeş və vətənpərvərdirlər. Əminəm ki, Ağdam çox böyük və gözəl bir şəhərə çevriləcək. Şəhərin tikintisinə baxanda bunu aydın şəkildə görmək mümkündür. Məsələn, elə prospektlər var ki, eni təxminən 50-60 metrə çatır".
Deputat Ağdama köçmək istədiyini söyləyib:
"Mən də müraciət etmişdim ki, Ağdama birinci köçənlərin sırasında olum. Həyat yoldaşımla birlikdə Ağdama köçmək istəyirik. İstəyirəm ki, bir nümunə kimi göstərilsin ki, bir deputat ailəsi ilə birlikdə Ağdama köçdü. İki otaqlı ev versələr, mənim dədəmə də bəsdir".
Banuçiçək Kalbalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə