
"3+3" formatına qayıdışda iki əskiklik var - RƏY
03:03 16.10.2025
Gündəm
403
Əli Orucov: "Burada təmsil olunan dövlətləri birləşdirə biləcək ortaq maraqlar və bağlar var"
"Azərbaycan Respublikası, həm İran, həm də Rusiya ilə quru sərhədinə malik yeganə ölkədir". Bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, bu coğrafi mövqe Azərbaycana həm Rusiya, həm də İranla ədaqələri inkişaf etdirməyə imkan verir: "Azərbaycan, həm Rusiya Federasiyası, həm də İran İslam Respublikası ilə mehriban qonşuluq siyasəti həyata keçirir, dostluq münasibətləri qurub.
Bu əlaqələr çoxşaxəli və genişdir”. Qeyd edək ki, Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilən üçtərəfli görüş çərçivəsində bəyanat qəbul olunub. Bəyanatda oktyabrın 13-də Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında keçirilən üçtərəfli görüşdə müzakirə edilən məsələlər öz əksini tapıb. Xatırladaq ki, görüş zamanı Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, görüş zamanı 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması barədə razılıq əldə edilib. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün “Rəşt-Astara” dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmiryolu terminalı tikintisinin tamamlanmasının əhəmiyyəti qeyd edilib.
Siyasi şərhçi Əli Oruclu Sherg.az-a deyib ki, "3+3" formatı region ölkələrinin dialoq və əməkdaşlığı üçün effektiv format hesab olunur. Ekspertə görə, bəzi problemlər, format daxilində olan anlaşılmazlıqlar və etimadsızlıqlar əməkdaşlığın ahənginə mənfi təsir göstərir:

"Gürcüstan Rusiyaya görə görüşlərdə iştirak etmir. 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü və Abxaziya ilə Cənubi Osetiyanı işğal etməsi əlaqələrin qopmasına səbəb olub. Bugünədək iki ölkə arasında münasibətlər yoxdur. Tbilisinin işğalçı ilə bir masa ətrafında oturmaqdan imtina etməsi başadüşüləndir. Azərbaycanla Ermənistan arasında sülh sazişi Ağ Evdə paraflansa da, yekun sazişin imzalanmaması, İran mühafizəkarlarının ambisiyaları və ənənəvi qeyri-sağlam mövqeyi "3+3" formatının perspektivini şübhə altına atır. Lakin bütün bunlara baxmayaraq, regionun gələcək taleyinin müəyyənləşdirilməsində "3+3" platforma daxilində müsbət irəliləyişlər əldə etmək olar. Həm də ona görə ki, burada təmsil olunan dövlətləri birləşdirə biləcək ortaq maraqlar və bağlar var".
Politoloq bildirib ki, qeyri-sabitlikdən və münaqişələrdən bütün region əziyyət çəkir:
"Ermənistan-Azərbaycan arasında yekun sülh sazişi imzalanarsa, Tehran-Moskva cütlüyü Ankara-Bakı tandemi kimi praqmatik və bərabərhüquqlu tərəfdaş və mehriban qonşular kimi özlərini apararsa, dövlətlərin ərazi bütövlüyünə hörmət edilərsə, "3+3" formatı sıx əməkdaşlığa geniş imkanlar açar. Bundan da region dövlətləri qazanar. Maraqlıdır ki, son dövrlər İranın xarici siyasətində "3+3" formatına diqqətin artdığı sezilir. Ancaq bunun praktik təsdiqi ləng gedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi