4 yaşlı Zayn indi də təyyarə idarə etdi
08:57 16.11.2023
Gündəm
509
Motosiklet, avtomobil, TIR…
Dünya çempionu, motosikletdə “1 nömrə” olan Kənan Sofuoğlunun oğlu Zayn təyyarə idarə etməsinin əks olunduğu videosu ilə baxış rekorduna imza atıb. Məşhur motosiklet sürücüsünün övladı bundan əvvəl avtomobil, nəhəng yük avtomobili -TIR, daha sonra isə motosiklet sürməsiylə tanınmışdı. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Zayn indi də təyyarə sükanı arxasına keçib. Atasının iziylə gedən 4 yaşlı Zayn yaşıdları arasında çempionluq qazanıb. Təyyarə idarə etməyin maraqlı və zövqverici olduğunu deyən çempionun çempion oğlu təyyarə idarə edərkən qorxmadığını, əksinə, bundan çox sevindiyini söyləyib. "CNN Türk"ə danışan Kənan Sofuoğlu deyib ki, Zayn avtomobil, TIR, daha sonra da motosiklet sürdükdə təqibçiləri “bəs nə vaxt təyyarə sürəcək”, soruşurdular. Təqibçilərin bəlkə də zarafatla soruşduğuna bu günlərdə Zayn özü təyyarə sükanı arxasına keçməklə cavab verib. Kənan Sofuoğlu qeyd edib ki, onları Ankaraya Türk Hava Qurumu dəvət edib və “Zayn təyyarəni idarə etsin”, təklif ediblər. Biz də razılaşdıq, çünki az qala hər kəs Zaynın nə zaman təyyarə idarə edəcəyini maraqla gözləyirdi. Kapitan pilot Zayna hər şeyi anlatdı, idarəetməni başa saldı. Havada manevr etməyin ləzzətini gördü. Təyyarədən endikdə isə “ata, təyyarə istəyirəm”, dedi. Dedim ki, Zayn, mənim təyyarə almağa imkanım çatmaz. Gələcəkdə “Formula – 1”də iştirak edərsən, çempion olarsan, pul qazanıb özün alarsan”. Oğlu təyyarə idarə edərkən Kənan Sofuoğlu yanında olmayıb. O da başqaları kimi onu yerdən izləyib. K.Sofuoğlu bildirib ki, əsas məqsəd gələcəkdə Türkiyəni yüksək səviyyədə təmsil edəcək idmançı yetişdirməkdir. İdmanın hansı növüylə məşğul olacağı önəmli deyil, təki əla idmançı olsun. K.Sofuoğlunun böyük oğlu isə futbol pərəstişkarıdır. K.Sofuoğlu Zaynın növbəti il kartinq yarışlarına qatılacağını və motosiklet yarışlarında da iştirak edəcəyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq