ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ
05:30 18.10.2025
Gündəm
422
ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarının Vaşinqtonda yerləşən Səfirlikdə göstərilən konsulluq xidmətlərindən istifadəsini daha da əlçatan etmək məqsədilə konsulluq qəbulu günlərinin sayı artırılıb.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-dəki Azərbaycan vətəndaşları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla səhər saat 09:20-dən 12:20-dək ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün səfirliyə müraciət edə bilərlər.
Həmçinin, vətəndaşlar bazar ertəsi, çərşənbə və cümə günləri hazır olan sənədləri saat 16:30-17:30 aralığında diplomatik nümayəndəlikdən təhvil ala bilərlər. Eyni zamanda, vətəndaşlarımızın səfirliklə operativ əlaqə yarada bilməsi üçün əlavə olaraq mobil telefon xətti yaradılıb: +1(202)556-9391; Konsulluq bölməsinin elektron poçt ünvanı: consul@azembassy.us.
Bundan başqa, səfirliyin məlumatına görə, bu ilin 1 noyabr tarixində Nyu-York və yaxın ətraf ərazilərdə yaşayan həmvətənlilərimiz üçün səyyar konsulluq xidməti həyata keçiriləcək.
Bildirilib ki, Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlardan aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
Əlavə edilib ki, səyyar konsulluq zamanı müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində yerləşdirilib.
Vurğulanıb ki, ABŞ-nin digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi Çikaqo (İllinoys, 9 noyabr), Filadelfiya (Pensilvaniya, 11 noyabr) və Hyustonda (Texas, 27 dekabr) da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.
Əlavə məlumat üçün: telefon: +1(202)556-9391; Elektron poçt ünvanı: consul@azembassy.us.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi