ABŞ-Ermənistan sazişində Bakıya qarşı olan 3 bənd
Yusif Nəzərli
16:32 15.01.2025
Gündəm
359
ABŞ və Ermənistan arasında imzalanan strateji sənədin birbaşa Azərbaycana qarşı yönəlmədiyi, Vaşinqtonun Tehran və Moskva ilə maraq mübarizəsi planlarından qaynaqlandığı bəllidir. Lakin Azərbaycan üçün problemli məsələ Ermənistanı platforma seçən Bayden administrasiyasının regional siyasətini erməni maraqları kontekstində tətbiq etməsi və İrəvanın Bakı ilə danışıqlarda Vaşinqtonun dəstəyini əldə etməsidir.
Bunu strateji sənədin mətnində aydın görmək olar. Preambula və 5 bölmədən ibarət olan sənədin “Əməkdaşlıq prinsipləri” adlı 1-ci bölməsində bu, öz əksini tapır. Sənəddə qeyd olunur:
- “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesini dəstəkləyir.
- Birləşmiş Ştatlar Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəkləyir”.
Bu iki məsələ Bakı-İrəvan danışıqlarında əsas ziddiyyətli və prinsipial məqamdır.
1. Sərhədin delimitasiyasının Almatı Bəyannaməsinə əsaslanması SSRİ dağılanda mövcud xətlərin əsas götürülməsi deməkdir və bu, Ermənistana sovetləşmə başlayandan 80-ci illərə qədər ermənilərə verilən Azərbaycan əraziləri üzərində legitimlik qazandırır, həmçinin İrəvanın sərhəddə “güzgü prinsipi” təklifini – ordumuzun yerləşdiyi strateji yüksəkliklərdən geri çəkilməsi – aktuallaşdırır;
2. Kommunikasiyanın “suverenlik prinsipi” əsasında açılması Zəngəzur dəhlizi layihəsinə qarşıdır və bu, həm də “dəhliz” məntiqinə qarşı irəli sürülən alternativləri – Kalininqrad dəmir yolu xətti modeli və s. - də arxa plana keçirə bilər;
Bayden administrasiyası hər iki məsələdə Ermənistanın mövqeyindən çıxış edirdi. Strateji sənədin imzalanması ilə bu siyasət rəsmiləşdi və Trampa “miras” olaraq verildi.
Əsas narahatlıq yaradan məqamlardan biri də sənəddə əksini tapan “ABŞ Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərə və qaçqınlara yardım göstərməkdə Ermənistana dəstəyi davam etdirməyi planlaşdırır” qeydidir. Bu, “erməni qaçqınlar” mövzusunun davam etdirilməsi Azərbaycana qarşı ittihamları və Qarabağ məsələsini də aktual olaraq saxlayır.
Bu baxımdan, Ermənistanla strateji sənəd Vaşinqtonun İran və Rusiyaya qarşı qlobal mübarizəsinin regional komponentini təşkil etsə də, Azərbaycanın da maraqlarına uyğun deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya