Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ABŞ və İran arasında danışıqların bu həftəsonu İslamabadda baş tuta biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, İtaliyanın “Corriere della Sera” qəzetinə deyib.
“Düşünürəm ki, danışıqlar bu həftə sonu Pakistanın İslamabad şəhərində baş tuta bilər”, - AEBA rəhbəri qeyd edib.
Qrossi güman edirəm ki, bu dəfə danışıqlar daha uzunmüddətli və nəticəyə hesablanmış olacaq, təkcə müharibənin başlanmasına səbəb olan nüvə enerjisi məsələlərini əhatə etməyəcək: “Bu dəfə gündəmdə həm də raketlər, İslam Respublikasına bağlı proksi qüvvələr və İran üçün təhlükəsizlik təminatları olacaq”.