ABŞ İrana hücum edə bilər - Pentaqon Trampa variantları təqdim edib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı məhdud hücum ehtimalını istisna etməyib və Tehrana razılaşma üçün 10–15 gün vaxt verib. O, “ədalətli razılaşma”nın mümkün olduğunu bildirib.

Sherg.az xəbər verir ki, "Axios" nəşrinin məlumatına görə, Pentaqon Trampa bir neçə hərbi ssenari təqdim edib. Variantlar arasında İranın ali dini lideri Ayətullah Əli Xamenein hədəf alınması planı da var.

Bu arada "Reuters" İrana qarşı mümkün əməliyyat planlarının irəli mərhələdə olduğunu yazıb. ABŞ-ın ikinci təyyarədaşıyan gəmisi - USS Gerald R. Ford artıq Cəbəllütariq boğazını keçərək Yaxın Şərqə istiqamətlənib.

İran isə Vaşinqtonla danışıqlara açıq olduğunu bəyan edib.