ABŞ İranla bağlı dəniz blokadasını faktiki olaraq ləğv edib

ABŞ İranın dəniz limanlarına qarşı tətbiq etdiyi blokadanı faktiki olaraq ləğv edib və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ağ Evdə keçirilən mətbuat konfransında Vaşinqton və Tehran arasında münaqişəyə son qoymaq məqsədi daşıyan anlaşma memorandumunun imzalanması ilə bağlı şərh verərkən bildirib.

“İkinci gecədir ki, iranlılar heç bir gəmiyə atəş açmayıblar. ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımızı yerinə yetiririk”, - deyə o bildirib.