.Amerikalılar hərbi gəmiləri “cəhənnəm alovu” qurğuları ilə təchiz edirlər
ABŞ hərbi komandanlığı hərbi gəmiləri aktiv şəkildə AGM-114 Hellfire raketləri üçün buraxılış qurğuları ilə təchiz edir. Bununla Vaşinqton pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiəni gücləndirməyi planlaşdırır.
Sherg.az xəbər verir ki9, "The War Zone" (TWZ) nəşrinin yazdığına görə, ABŞ Hərbi Dəniz Qüvvələri artıq bu məqsədlə əlavə vasitələr əldə edib.
Məlumata əsasən, amerikalılar anti-dron sistemlərini USS Gerald R. Ford və USS Theodore Roosevelt aviadaşıyıcılarının rəhbərlik etdiyi gəmi qruplarına daxil olan gəmilərdə quraşdırırlar. Müəllif qeyd edir ki, hazırda ABŞ gəmilərinin PUA-lardan müdafiəsini gücləndirməyə ehtiyac duyur.
Həmçinin vurğulanır ki, amerikalılar bu ehtiyacı İranla bağlı əməliyyatlar zamanı daha aydın hiss ediblər. Bu proses ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin müdafiəsində müəyyən zəifliklərin olduğunu göstərib.
Rusiyalı senator Aleksey Puşkov hesab edir ki, ABŞ İranla bağlı yeni hərbi qarşıdurma mərhələsinə hazırlaşır. O bildirib ki, regionda ABŞ-ın hərbi mövcudluğunun artırılması enerji infrastrukturuna yeni zərbələr riski yaradır.