ABŞ mediası: İran "mina daşıyan delfinlər" əməliyyatını nəzərdən keçirir

ABŞ mediası yazır ki, Vaşinqtonun tətbiq etdiyi dəniz blokadası fonunda İranın neft ixracı ciddi şəkildə zəifləyib, xüsusilə Çinə gizli tədarük demək olar dayanıb.

Sherg.az xəbər verir ki, “Wall Street Journal”a görə, İran bu vəziyyətdən çıxmaq üçün qeyri-adi hərbi variantları nəzərdən keçirir. İddialar arasında mina yerləşdirmə, sualtı əməliyyatlar və hətta “mina daşıyan delfinlərdən” istifadə kimi planlar yer alır.

Bununla yanaşı, Hörmüz boğazında gərginlik artıb, ABŞ-nin blokadası İranın “kölgə tanker” şəbəkəsini də sıradan çıxarıb.

Ekspertlər ölkə daxilində fikir ayrılıqlarının dərinləşdiyini, iqtisadi təzyiqin isə artdığını bildirir. ABŞ Prezidenti Donald Tramp isə blokadanı “tam uğurlu” adlandıraraq onun davam edəcəyini vurğulayıb.