ABŞ Senatı, Prezident Donald Trampın İrana qarşı həyata keçirdiyi hücumların Konqres təsdiqinə tabe olmasını tələb edən “müharibə səlahiyyətləri” qanun layihəsini rədd etdi.
Sherg.az xəbər verir ki, demokratlar tərəfindən təqdim olunan qanun layihəsi 47 “hə”yə qarşı 53 “yox” səsi ilə qəbul edilmədi.
Cumhuriyyətçi senator Rand Paul partiyasının mövqeyindən fərqli olaraq “hə” səsi verdi, Demokrat senator John Fetterman isə layihəyə qarşı çıxıb.
Bu, ABŞ ilə İsrailin İrana hücumlarından sonra Konqresdə keçirilən ilk səsvermə oldu.
1973-cü il “Müharibə Səlahiyyətləri Qanunu” prezidentin hər hansı bir ölkəyə müharibə elan etməsini Konqresin təsdiqinə bağlayır və prezidentin bu addımı öncədən Konqresə bildirməsini tələb edir.
Bu həftə oxşar layihənin Nümayəndələr Palatasında səsverməyə çıxarılması gözlənilir, lakin Cumhuriyyətçilərin üstünlük təşkil etdiyi Kongresdə layihənin qəbul edilmə ehtimalı aşağı hesab olunur.