ABŞ-də Ağ Evin "Böhran Otağı"nda keçirilən məxfi iclasdan sızan məlumatlara görə, İrana qarşı mümkün “son zərbə” planı müzakirə olunub. Bildirilir ki, CENTCOM rəhbəri Bred Kuper prezident Donald Trampa “qısa, lakin çox güclü” hücum ssenariləri təqdim edib.
Sherg.az xəbər verir ki, iddialara əsasən, hədəf siyahısına İranın hərbi obyektləri ilə yanaşı, rəhbər heyət və strateji infrastruktur da daxildir. Bu isə planın birbaşa idarəetmə mərkəzinə yönələ biləcəyini göstərir.
Məlumatlarda həmçinin “Qara Qartal” adlı hipersəs raket sisteminin və B-1B bombardmançı təyyarələrinin bölgədə aktivliyinin artdığı qeyd olunur.
Tramp isə bildirib ki, İran razılaşma əldə etməyə çalışır, lakin onun nüvə silahına sahib olmasına icazə verilməyəcək.