Ağdama yeni türk komandan gəldi: Fatih Akpınardan gözləntilər böyükdür
10:10 11.09.2022
Gündəm
358
Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyə kontingentinə rəhbərlik edən general-mayor Abdullah Katırcının səlahiyyət müddəti başa çatıb. Sentyabrın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Abdullah Katırcını qəbul edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu diqqətə çatdırılıb. Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.
A.Katırcının yerinə general-mayor Fatih Akpınar təyinat alıb. Bundan sonra Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə Akpınar rəhbərlik edəcək.
Ağdama təyinat alan general-mayor kimdir, ondan gözləntilər nələrdir?
Ehtiyatda olan türkiyəli general Yücel Karauz Modern.az-a açıqlamasında bildirib ki, Fatih Akpınar peşəkar hərbçidir və ondan gözləntilər böyükdür.
"Türkiyə dövlətinin və hərbi qüvvələrinin siyasəti hər kəsə məlumdur, bu, dəyişməz olaraq qalır. Ona görə də vəzifədəki şəxslərin dəyişməsi görüləcək işlərin dəyişəcəyi mənasına gəlmir. Yeni təyinat alan general-mayorumuz da ona verilən təlimatların yerinə yetirilməsi üçün çalışacaq. Bir şey dəqiqdir ki, onlara verilən tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi üçün əllərindən gələni edirlər. Ağdamda yeni işə başlayan Fırat Akpınarın sülhün təmin edilməsi və ermənilərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün əlindən gələni edəcəyinə inanıram. O, hər zaman vətəninin və dövlətinin yanında olan hərbçilərdəndir. Fatih Akpınar Türkiyə dövlətinə qarşı qurulmuş 15 iyul qiyam hadisələri zamanı qəhrəmancasına dövlətinin yanında olub" - deyə Yücel Karauz vurğulayıb.
Qeyd edək ki, Fatih Akpınar 30 avqust tarixində Ali Hərbi Şuranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında vəzifəsi artırılaraq briqada generalı olub.
Xatırladaq ki, işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci ilin yanvarın 30-da fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya