Agentlik sədri Ukraynadakı azərbaycanlı tələbələrə müraciət edib

"Ukrayna universitetində təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı daha çox problem yaranır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova deyib.
O həmçinin bildirib ki, vətəndaşlar bəzi hallarda sərhədi keçmə ilə bağlı problemlə üzləşdiklərini söyləyirlər: "Vətəndaşlarımız təhsil müddətində orada az olurlar. Ukrayna tərəfi ilə görüşəndə biz bu problemi onların diqqətinə çatdırmışıq və onların xahişi ilə daha çox problem yaşadığımız universitetlərin siyahısını təqdim etmişik".