AMEA-nın dörd İnstitutuna baş direktor seçildi - FOTO
Yusif Nəzərli
15:24 28.10.2021
Gündəm
357
Oktyabrın 28-də AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.
Bu barədə Milli Elmlər Akademiyasından məlumat verilib.
Bildirilib ki, ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran elmi-təşkilati və kadr məsələləri haqqında məlumat verib.
O, ölkə başçısının “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar HEB və İEB-in elmi-tədqiqat müəssisələrində keçiriləcək tədbirlərdən ətraflı söz açıb və bununla bağlı tövsiyələrini bildirib.
Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar Elmlər Bölməsi və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə 24 oktyabr 2021-ci il tarixində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilmiş “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” elmi konfransının əhəmiyyətindən bəhs edib, Ümumi yığıncaq iştirakçıları ilə konfransda edilmiş məruzələr haqqında düşüncələrini bölüşüb.
Həmçinin HEB-in və İEB-in elmi müəssisələrinə 1 noyabr 2021-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək “AMEA-nın Qarabağnaməsi” mövzusundakı təqdimat – sərginin təşkili ilə bağlı tapşırıqlar verilib.
Ümumi yığıncaqda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan struktur və kadr islahatları ilə əlaqədar müəssisənin Elmi şurasının tərkibində qismən dəyişiklik haqqında qərar qəbul edilib.
İclasda, o cümlədən bölmənin elmi-tədqiqat müəssisələrinin baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsi də müzakirə olunub. AMEA-nın müxbir üzvü Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun və filologiya elmləri doktoru, professor Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru vəzifəsinə seçiliblər və təsdiq olunmaları üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya
Qazaxıstanda vitse-prezident vəzifəsi yaradıldı
12:03 20.05.2026
Gündəm
Əhmədinejadı hakimiyyətə gətirmək üçün... – ABŞ “planı”
11:54 20.05.2026
Dünya
Saleh Səmədovun mənimsədiyi məbləğ məlum oldu
11:30 20.05.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır
11:27 20.05.2026
Aktual