Amin "Şərq"ə DANIŞDI: “Məni sürüyə-sürüyə apardılar..."
Yusif Sultanoğlu
14:46 06.01.2021
Gündəm
962
İkinci Qarabağ Savaşında əsir düşüb, 14 Dekabr 2020 tarixində Vətənə qaytarılan Amin Musayev “Sherg.az”a danışıb. Amin deyib ki, Vətən torpağına addım atanda sevincinin həddi-hüdudu olmayıb:
“Ağrısam da, ayağımda problem də olsa, öz yurduma gəldiyim üçün xoşbəxtəm. Bakıya düşdüm, xəstəxanaya apardılar. Gözlərimə inana bilmədim. Bu qədər tez qayıdacağımı düşünmürdüm. Ona görə Ali Baş Komandan cənab İlham Əliyevə borcluyam. Prezidentimizə minnətdarlığımı bildirirəm. Məhz ölkə başçısının sayəsində Vətənimdəyəm. Həm də çox həyəcanlı idim. Həmvətənlərim bizə yaxınlaşanda təəccübləndim. O zaman bilmirdim ki, videomu izləyib, əsir düşməyimi görüblər. Mənim üçün üzülən, narahat olan insanlara təşəkkür edirəm”.
Amin əsir düşdüyü anı xatırlayaraq qeyd edir ki, demə həmin gün yaralı halda, kolluqda daldalanıb:
“Azərbaycanlı gəlsə, əlimi qaldırıb, yerimi bildirərəm deyə fikirləşirdim. Erməni əsgərlərini gördüm. Hiss elədim ki, onlar da məni görüb. Hətta silahı əlimə aldım, onlara tərəf atdım. Amma atəş açılmadı. Onlardan bir-ikisini vurmaq istəyirdim ki, məni öldürsünlər, şəhid olum. Çünki əsir düşməkdənsə, şəhid olmaq min dəfə yaxşıdır.
Sonra yanıma gəldilər, ayağımdakı yaranı göstərdim. Ona baxmayaraq məni təpədən aşağı sürüyə-sürüyə apardılar. Sonra məni təhqir elədilər, cavablarını verdim. Bu hal təkrarlananda, silahla başıma vurdular. Məni hospitala apardıqlarını dedilər. O an ölümü gözə almışdım, onlardan qorxmurdum.
Bir də özlərini videoda insan hüquqlarını qoruyan, humanist dövlət kimi göstərmək istədilər. Lakin içlərində o qədər pis niyyət var ki... Ona görə də bu planları alınmadı. Öz mənfur simalarını büruzə verdilər”.
Son olaraq Amin bu yaxınlarda anası ilə yayılan videosuna da aydınlıq gətirib:
“Anamın yardım istəməsi ilə bağlı görüntülər yayıldı. Orda anlaşılmazlıq var. O videodan öncə bir qadın anamı qorxutdu ki, oğlun yeriyə bilməyəcək. O xaircdə müalicə olunmalıdır. Həmin qadın anama jurnalitslər gəlmişkən videoda yardım istəməsi barədə məsləhət verdi. Anam da qorxub, belə etdi. Videodakı jurnalist oğlan deyib ki, Amingilin evlərinin şəraiti yoxdur və sair.
Əslində isə hər bir şəraitimiz var. Rayonumuzdakı həkimlər gəldilər, baş çəkdilər, mənimlə maraqlandılar. Hər birinə təşəkkür edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə