Araqçi: İran ABŞ-la müvəqqəti atəşkəs yox, müharibənin tam başa çatmasını istəyir

İran ABŞ-la müvəqqəti atəşkəs rejiminə deyil, müharibənin tam başa çatmasına ehtiyac duyur.

Sherg.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələr İranla əlaqələrin qurulmasını və vasitəçilik etməyi təklif edib. “Biz atəşkəs istəmirik, müharibənin başa çatmasını istəyirik”, - Araqçi deyib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl İranla danışıqlar aparmadıqlarını və belə bir planlarının olmadığını açıqlamışdı. Tehran isə Vaşinqtonun əvvəlki razılaşmanı pozduğunu bildirir.