Ararat Mirzoyan: Sülh üçün zəmanətçiyə ehtiyac yoxdur

“Son dövrlərdə Ermənistan müxalifəti “zəmanətli sülh” ideyasından danışmağa başlayıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“İndi də dillərinə yeni söz düşüb: sülh, amma “zəmanətli sülh”. Zəmanətçilər isə həmişə öz maraqlarını güdürlər”, - o bildirib.

Xarici işlər naziri hesab edir ki, sülh üçün zəmanətçiyə - öz maraqlarını güdəcək tərəflərə ehtiyac yoxdur.

Mirzoyan qeyd edib ki, müxalifətin sülhü necə təsəvvür etdiyi məlum deyil, bunu konkret bəndlərlə izah etmirlər.

“Əminəm ki, bircə bənd də deyə bilməyəcəklər. Dedikləri, bizim nəzərdə tutduğumuz sülhdən fərqli olmayacaq. Deyəcəklər ki, Qarabağ ermənilərinin qayıdışı. Hansı formada? Bir açıq izah edin, biz də nəyi nəzərdə tutduğunuzu anlayaq”.