İrəvanın Birinci İnstansiya Məhkəməsi erməni din xadimi Baqrat Qalstanyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.
Sherg.az xəbər verir ki, qərarı hakim Karen Farxoyan qəbul edib və prokurorluğun vəsatətini təmin edib.
İttiham tərəfi Qalstanyanın cəmiyyətdəki nüfuzunun istintaq və məhkəmə prosesinə təsir göstərə biləcəyini əsas gətirib. Müdafiə tərəfi isə bu iddiaları rədd edərək təqibin qanunsuz olduğunu bildirib.
Məhkəmə eyni zamanda vəkillərin vəsatətini qismən təmin edərək arxiyepiskopa bazar günləri Eçmiədzin Kafedral Kilsəsində keçirilən liturgiyalarda iştirak etməyə icazə verib.
Xatırladaq ki, Qalstanyan 2025-ci ilin iyununda həbs edilmiş, 2026-cı il iyunun 4-də isə ev dustaqlığına keçirilmişdi. Ermənistan İstintaq Komitəsi onu və rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının üzvlərini hakimiyyəti ələ keçirməyə yönəlmiş fəaliyyətlərdə ittiham edir.