Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi qaydasını dəyişməyi düşünür.
Teleqraf "Euractiv" portalına istinadən xəbər verir ki, bunu İrlandiyanın xarici işlər və müdafiə naziri Helen Makenti deyib.
"Avropa ölkələri Rusiyaya birdəfəlik ağır sanksiyalar tətbiq edəndə, bundan Avropanın özü də çox ziyan çəkir. Buna görə də, ölkələr arasında belə böyük qərarları razılaşdırmaq getdikcə çətinləşib. Zərərdən qorunmaq üçün Avropa indi fərqli bir yol seçmək istəyir. Onlar planlaşdırırlar ki, Rusiyaya qarşı ağır sanksiyalar əvəzinə, tez-tez və kiçik məhdudiyyətlər tətbiq etsinlər",- o qeyd edib.