
Avropa "missiyası" iki il də Ermənistanda qalmaq istəyir - ANALİTİK
Yusif Nəzərli
02:19 14.01.2025
Gündəm
411
Sülh sazişinin imzalanmasını ləngidən səbəblərindən biri də budur
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanda yerləşdirilmiş Aİ-nin mülki missiyasının fəaliyyətinin daha iki il müddətinə uzadılmasını təklif edib. O deyib ki, üzv dövlətlər təklifi müsbət qarşılayıblar. Hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktları müzakirə edirlər: "Missiyanın fəaliyyətinin uzadılması ilə bağlı qərarın yaxın günlərdə verilməsi gözlənilir". Rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş missiyadan fəaliyyətini dayandırmağı tələb edib. Missiya ötən iki ildə sərhəddə Azərbaycana qarşı təxribatçı fəaliyyətlərlə yadda qalıb. Keçən il noyabrın 22-də Ermənistan baş naziri Nikol Paşinyan bu məsələnin Azərbaycanla müzakirə edildiyini və İrəvanın Bakıya müşahidəçiləri sərhəddən çıxarmaq üçün əks təklif irəli sürdüyünü açıqlayıb. Xatırladaq ki, Aİ missiyasının Ermənistandakı fəaliyyəti fevralda bitir. Müddətin artırılması üçün Aİ-ə üzv olan 27 dövlətin razılığı lazımdır.

"Alsyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Azərbaycan Avropa İttifaqı missiyasının sərhədlərimizə yaxın yerdə yerləşməsini qəbul etmir və sülh sazişinə bu barədə müddəanın salınmasını tələb edir. Siyasi şərhçinin fikrincə, sülh sazişinin imzalanmasını ləngidən səbəblərindən biri də budur:
"Hələlik Ermənistan bu təklifi qəbul etməyib. Avropa İttifaqının "mülki müşahidə" missiyasının Ermənistanda hansı səbəbdən daha iki il saxlamağa çalışdıqları hamıya aydındır. Casusluq fəaliyyəti hələ bitməyib. Həm İranı, həm də Azərbaycanı bundan sonra da "müşahidə" etməyə ehtiyac hiss edirlər. Qəribə odur ki, İran buna səsini çıxartmır. Hər şeyə çox həssas yanaşan, hər yerdə "kəşfiyyat mərkəzi" axtaran, Azərbaycanın az qala hər addımını etirazla qarşılayan İran nədənsə bu məsələdə açıq şəkildə etiraz səsini ucaltmır. Digər tərəfdən son günlər İran mətbuatında guya Azərbaycanın Ermənistana "hücum edəcəyi" barədə böhtan xarakterli materiallar dərc olunur. Görünür, hələ bu cür cəfəngiyyata inananlar var. Son günlər bu cür iddiaların sayı kifayət qədər artıb. Ola bilsin, Ermənistan da bunu ciddi qəbul edir. Azərbaycana qarşı o qədər cinayətlər törədiblər ki, indi hər gün səksəkədə yaşayırlar".
A.Səmədov əlavə edib ki, müşahidə missiyasının casusluqdan başqa bacardığı iş yoxdur:
"Aİ missiyasının Ermənistana faydası olmayacaq. Sadəcə olaraq, dövlətlər arasında münasibətlərdə gərginlik yaradırlar. İrəvan dərk etməlidir ki, bu şəbəkənin öz ərazisindən çıxarılması ikitərəfli münasibətlərimizə müsbət təsir göstərəcək və Ermənistanın maraqlarına xidmət edəcək. Ancaq hələ ki, Ermənistan tərəfi bu, vacib addımı atmaqda tərəddüd edir. Ehtimal ki, "müşahidə missiyası"nın müddəti daha 1-2 il artırılacaq və bu, təbii ki, bölgədə gərginliyin azalmasına xidmət etməyəcək".
Oxşar xəbərlər
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya