Avropada Ukraynanın NATO üzvlüyü ilə bağlı açıqlama verilib

Aİ-nin müdafiə üzrə komissarı Andryus Kubilyus bildirib ki, Ukraynanın yaxın zamanda NATO-ya üzv olması mümkün deyil.

Sherg.az xəbər verir ki, o, "Der Spiegel" jurnalına müsahibəsində qeyd edib ki, qısa müddətdə Ukraynanın NATO üzvlüyü real deyil.

Kubilyus eyni zamanda Avropa İttifaqı daxilində Kiyevin də iştirak edə biləcəyi ayrıca hərbi alyansın yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu struktur Aİ müqaviləsinin 42.7-ci maddəsi əsasında formalaşa bilər və NATO-ya alternativ deyil, onunla paralel şəkildə fəaliyyət göstərə bilər.

Qeyd olunur ki, bu təşəbbüs NATO-ya qarşı deyil, Avropa İttifaqının müdafiə imkanlarını gücləndirməyə yönəlib.