AZAL biletlərin qiymətini qəsdən qaldırır - Ekspert
09:03 23.06.2023
Gündəm
309
“Quru sərhədlərin bağlı olması ən çox AZAL-ın işinə yarayan, təyyarə biletlərinə kifayət qədər təsir edən faktorlardan biridir. Yəni quru yollar açıq olsa, bilet qiymətləri bu qədər baha olmaz. AZAL da heç olmasa, müştərilərini itirəcəyini nəzərə alaraq, daha insaflı qiymət siyasəti aparar”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, AZAL digər şirkətlərə ölkə bazarında işləməyə imkan versəydi, rəqabətli mühit yaranardı. Bu zaman qiymətlər bu qədər baha olmazdı:
"Uçuş məsafəsi, sərf edilən aviakerosin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, tələbat kimi amillər qiyməti formalaşdırır. Amma ən əsası uçuş məsafəsi və yanacaq sərfiyyatıdır. Çünki təyyarə ekipajı, maaşlar, çəkilən xərc eyni olur. Əgər rəqabət mühiti formalaşsaydı, müvafiq istiqamətlərə AZAL və "Buta"dan başqa 2-3 ayrı şirkət də uçardı. Tələb, qarşılamaq, qiymətlər də düşərdi. İnsanların seçim imkanı olmayanda məcburiyyətdən daha baha qiymətə bilet alırlar. Nəticə etibarilə AZAL, əsasən də yay mövsümündə Gürcüstan və Türkiyə istiqamətinə çoxlu tələb olduğunu nəzərə alaraq biletlərin qiymətlərini daha da qaldırır. Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma, qiymətləri özün yüksək təyin et, sonra hələ bir ziyanla da işlə. Belə olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə