Azərbaycan nümayəndə heyəti Parisdə OECD-in iclasında iştirak edib
15:34 16.11.2023
Gündəm
352
Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanın iştirakçı statusunda təmsil olunduğu İnkişafa Yardım Komitəsinin (DAC) yüksək səviyyəli iclası keçirilib.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə ölkəmizi XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) təmsil edib.
Tədbirdə ABŞ, Birləşmiş Krallıq, Yaponiya, Almaniya, Koreya Respublikası, İtaliya, Fransa, İsveç, İspaniya və Danimarka kimi DAC üzvü donor ölkələrlə yanaşı komitədə iştirakçı statusa sahib olan və ya tərəfdaş ölkə hesab olunan Azərbaycan, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Bolqarıstan, Rumıniya və İndoneziya daxil olmaqla ümumilikdə 50-dən artıq dövlət və 10-a yaxın beynəlxalq qurum iştirak edib.
Tədbirin əsas məqsədi beynəlxalq inkişafa yardım sahəsində əldə olunmuş nəticələrin, gələcək fəaliyyətlə bağlı gündəlikdə duran məsələlərin, eləcə də Komitədə təmsil olunan ölkələr və beynəlxalq qurumlar arasında inkişafa yardımla bağlı mümkün əməkdaşlıq imkanlarının müzakirəsi olub.
AİDA-nın rəisi Elməddin Mehdiyev tədbirdə çıxış edərək, iclas iştirakçılarına yeni donor ölkəsi kimi Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi həyata keçirdiyi fəal beynəlxalq yardım siyasəti barədə məlumat verib. Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətli töhfələr, Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində həyata keçirilmiş mühüm inkişafa yardım təşəbbüsləri, o cümlədən xarici tələbələr üçün təsis olunmuş beynəlxalq təhsil qrantı proqramları, ikitərəfli və çoxtərəfli əsasda göstərilmiş yardımlar və cari ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş Afrika ölkələri və İnkişaf etməkdən olan kiçik ada dövlətlərinə postpandemiya dövründə dəstək verilməsi ilə bağlı Qlobal Çağırışlar XİN nümayəndəsi tərəfindən qeyd olunub.
Səfər çərçivəsində 14-15 noyabr tarixlərində beynəlxalq inkişafa yardım sahəsində dünyanın ən nüfuzlu əlaqələndirici və siyasət müəyyənləşdirici təsisatı hesab olunan OECD DAC-ın rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat