Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinlər üçün yanacaq göndərib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yanacaqla dolu nəqliyyat vasitələri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan nəqliyyat vasitələri Xankəndi istiqamətində hərəkət edir.