Azərbaycan Türk Ocağı heyəti türk alimlərlə Şamaxıda:Türk şəhidlərinin məzarı ziyarət olundu
ADA universitetinin təşkil etdiyi , Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin məclis sədrlərinin qatıldığı Qarabağ simpoziumunda Türkiyədən gələn bir cox universitet rektoru, dəyərli elm , bilim insanları müxtəlif panellərdə elmi məruzələrlə cıxış ediblər.
Bu ali elmi tədbirdə İstanbul universitetinin müəllimi , İstanbul Türk Ocağı İdarə heyəti üzvü Doç.Dr. Ramazan Erhan Güllü , Trakya universitetinin müəllimi , Ədirnə Türk Ocağı İdarə heyətinin üzvü Doç.Dr.Bülənt Bayram , Trakya universitetinin müəllimi Dr.Emin Ünsal və bir cox Türk Ocağına mənsub alimlər iştirak ediblər.
""Sherg.az" xəbər verir ki, Azərbaycan Türk Ocağı heyəti alimlərimizin istəyinə uyğun bu gün Şamaxı şəhərinə səfər edib.
Azərbaycanın İstiqlalı uğrunda şəhid olan Qafqaz İslam Ordusu əsgərləri şərəfinə ucaldılan anıt məzarlığı ziyarət edib, Tənha Türk məzarına gül dəstələri qoyublar.
Türk Dünyasının böyük sərkərdəsi Ənvər Paşanın nəticəsi Burak Enver in ötən il şəhid məzarından Azərbaycana gətirdiyi torpaq Türk şəhidlərinin məzarına səpilib. Azərbaycanın bütövlüyü uğrunda canından kecən 1141 şəhidin ruhuna dualar oxunub.