Azərbaycan və Avstriya arasında Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib
09:31 12.06.2025
Gündəm
381
Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası keçirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Qarışıq Komissiyanın Avstriya Respublikası tərəfindən həmsədri, bu ölkənin İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin İqtisadi məsələlər, innovasiyalar və beynəlxalq siyasət departamentinin baş direktoru Florian Frauşer Azərbaycan nümayəndə heyətini salamlayaraq bildirib ki, Azərbaycan və Avstriya inkişaf edən iqtisadi və mədəni əlaqələrə malik ölkələrdir və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur.
İclasda Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib.
Samir Məmmədov işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilər yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunub.
Nazir müavini Azərbaycanda nəqliyyat və rəqəmsal inkişaf sahələrində həyata keçirilən işlər, eləcə də Orta Dəhlizlə inkişaf etdirilməsi üçün görülən tədbirlər haqqında Avstriya tərəfinə ətraflı məlumat verib.
İclasda çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli ölkəmizin Cənubi Qafqaz regionundakı aparıcı rolu və iqtisadi imkanları, Avstriya ilə siyasi, iqtisadi və digər sahələrdə əlaqələr və mövcud potensial barədə məlumat verib, Qarışıq Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.
İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, nəqliyyat, rəqəmsal inkişaf və İKT, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclasının Protokolu imzalanıb.
Qeyd edək ki, Qarışıq Komissiya 13 noyabr 1998-ci il tarixində Vyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət