Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib - Deputat
11:40 13.07.2023
Gündəm
531
Ölkəmizin hərbi qüdrətinin daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
“Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq”.
Bunu 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Ölkə başçısının çıxışını dəyərləndirən millət vəkili Elman Məmmədov da “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ordusunun gücü, qüdrəti, müdafiə sənayesi günü-gündən inkişaf edir. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın hərbi qüdrətinin daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: “Son bir neçə ildə ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, dəqiq, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu proses mərhələlərlə, planlı surətdə həyata keçirilməkdə davam edir.
Azərbaycan hərbi gücünün artmasına Prezident, Ali Baş Komandan İlham Əliyevin əzmkar fəaliyyəti, bu sahədə yürütdüyü qətiyyətli siyasəti nəticəsində nail olub. Hərbi quruculuğu prioritet istiqamət sayan dövlət başçısının bu sahənin inkişafına böyük əhəmiyyət verməsi, dünya hərb sahəsindəki bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün göstərdiyi səylər ordumuzun güclənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin artmasına təkan verir”.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesini dayandırmayıb. Əksinə, postmüharibə dövründə də ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib: “Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib. İşğaldan azad edilmiş ərazilərimizdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması əsas vəzifələrdən biri olduğundan ötən il bu istiqamət üzrə də bir çox işlər görülüb.
Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir hərbi texnika və silah-sursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlərin icrası məqsədilə maliyyə təminatının yaradılması 2023-cü il üçün də dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biridir”.
Eyni zamanda ötən bu müddət ərzində hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilib. Azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb. Hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə