Azərbaycançılıq ideyasının təbliği ilə bağlı tədbir keçirilib
14:27 07.07.2023
Gündəm
391
"Azərbaycançılıq - dünya azərbaycanlılarını birləşdirən ideologiya" adlı layihənin ilk tədbiri baş tutub.
"Sherg.az" xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Milli QHT Forumunun konfrans zalında keçirilib.
Tədbir zamanı azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü bildirib ki, fəaliyyət çərçivəsində 10-a yaxın videomüsahibə təşkil edəcəklər. Beləliklə, vətənpərvərlik, azərbaycançılıq ideologiyası ilə bağlı mütəxəssislərin, tədqiqatçıların, alimlərin, ictimai xadimlərin fikirlərini bir daha gündəmə gətirəcəklər:
"İkinci Qarabağ müharibəsinə qədər azərbaycançılıq ideologiyasının təməlində həm də işğalda olan Qarabağ torpaqlarının azadlığı, ərazi bütövlüyümüzün bərpası dayanırdı. 2020-ci ildə 44 günlük müharibəni qələbə ilə bitirən Azərbaycan dövlətinin və xalqının qarşısında artıq daha böyük ideyalar, daha böyük hədəflər dayanır. Bu anlamda Azərbaycançılıq ideologiyasınln gələcək hədəf və məqsədləri ilə bağlı müəyyən redaktə və əlavələrin edilməsinə ciddi ehtiyac var".
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə deyib ki, dünya azərbaycanlıları arasında dilimizin qorunub saxlanılmasına çalışmalıyıq:
"Dünyada 50 milyon azərbaycanlı var. 30 milyondan çox soydaşımız İran İslam Respublikası adlandırılan tarixi Azərbaycan torpaqlarında yaşayır. 150 min erməninin ana dilində məktəbi, qəzeti, jurnalı olsa da, azərbaycanlıların bir dənə belə məktəbi yoxdur. Bizim borcumuz ana dilini qorumaqdır.
Xaricdə azərbaycançılıq soydaşlarımızı birləşdirən əsas ideologiyadır. Sağlam təməllərə söykənir, birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir".
Qeyd edək ki, 1 iyul - 30 avqust tarixlərini əhatə edəcək layihə "Müasir İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılır.
Növbəti tədbirlərin Şamaxıda, Xaçmazda və Abşeron rayonunda keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya