Azərbaycanla Ermənistan arasında etimadın qurulması üçün qruplar yaradılıb
Yusif Nəzərli
12:42 01.10.2021
Gündəm
1040
Gürcüstanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında etimadın qurulması mövzusunda seminar keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Avropa İttifaqının dəstəyi ilə baş tutan müzakirələrdə azərbaycanlı və erməni alimlər, siyasi ekspertlər və analitik mərkəzlərin nümayəndələri iştirak ediblər.
İştirakçılar hazırkı Azərbaycan-Ermənistan münasibətləri, 44 günlük müharibədən sonra sülh və münaqişə məsələləri, həmçinin Cənubi Qafqazda sülh perspektivləri mövzusunda fikir mübadiləsi aparıblar. Seminarda hazırda müzakirə və təklif olunan müxtəlif sülh təşəbbüsləri müsbət qiymətləndirilib, sülh proseslərinə iştiraka hazırlıq ifadə olunub.
Müzakirələrdə etimadın möhkəmləndirilməsi üzrə bir neçə praktiki ideya müəyyən edilib və onların üzərində işlərin davam etdirilməsinə dair razılıq əldə olunub. Bunun üçün üç işçi qrupu və üç təmas qrupu yaradılıb. İşçi qruplarının diqqət mərkəzində etimadın möhkəmləndirilməsi tədbirləri və humanitar, mədəni və təhsil məsələləri, iqtisadi fəaliyyət, əlaqəlilik və müxtəliflik olacaq. Təmas qrupları isə media, gənclər, qadın və gender məsələləri ilə məşğul olacaqlar.
Seminar “LINKS Europe” tərəfindən təşkil olunub. Tədbirə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin ofisinin təmsilçiləri də qatılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya