Bakı bu görüşə məhz Türkiyədə keçirilməsinə görə razılaşıb - ŞƏRH
Yusif Nəzərli
21:57 12.04.2025
Gündəm
572
Ermənistanın məqsədi razılaşdırılmış sülh sazişi mətninin qısa müddətdə imzalanmasına nail olmaq, Bakının digər tələblərini gündəmdən çıxarmaq, ən azı arxa fona keçirməkdir
"Bayramov və Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində görüşüb. Bu, sülh sazişi mətninin razılaşdırılmasından sonra iki ölkə rəsmiləri arasında ilk təmasdır.
Son aylar tərəflər arasında təmaslar səngiyib, xüsusilə İrəvanın Bakının tələblərini müzakirə etməmək üçün danışıqlardan yayınması fonunda. Əliyevlə Paşinyan sonuncu dəfə ötən ilin oktyabrında Kazanda qeyri-rəsmi formatda görüşüb. Ondan öncə Paşinyan Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyevlə görüşdən imtina etdi. Məqsəd Avropa siyasi düşərgəsində təşkil olunan Bakı-İrəvan danışıqlarında balansın yaranmasının, Ermənistanın istəmədiyi situasiyanın formalaşmasının qarşısını almaq idi".
Sherg.az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, Xarici işlər nazirləri isə ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ABŞ-ın həmin vaxt dövlət katibi olan Blinkenin təşəbbüsü ilə görüşüb:
"Daha sonra oktyabr ayında İstanbulda keçirilən “3+3” regional məşvərət platforması çərçivəsində bir araya gəlib. Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Malta toplantısında Vaşinqton yeni görüş təşkil etmək istəsə də, Bayden Administrasiyasının Ermənistan yönümlü siyasəti təmasın qurulmasına mane oldu.
Bu müddətdə yeganə təmaslar Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında davam edib, digər səviyyədə görüşlər olmayıb. Sülh sazişi mətninin razılaşdırılmasından sonra Ermənistan tərəfi görüşlərin keçirilməsinə ciddi səy göstərir, hətta bütün səviyyələrdə. Misal üçün, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Sarqis Xandanyan Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilə görüşmək istəyib, belə bir görüşün sülh sazişinin imzalanmasında nə qədər rol oynaya biləcəyi sual altında olsa da".
A. Nərimanlı vurğulayır ki, Ermənistanın məqsədi razılaşdırılmış sülh sazişi mətninin qısa müddətdə imzalanmasına nail olmaq, Bakının digər tələblərini gündəmdən çıxarmaq, ən azı arxa fona keçirməkdir:
"Azərbaycanla təmas qurmaq cəhdləri də bundan qaynaqlanır. Rəsmi Bakı isə davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə o qədər də isti yanaşmır, çünki İrəvanın yerinə yetirməli olduğu tələblər – konstitusiyanın dəyişdirilməsi və s. – var və bu kimi məsələlərdə irəliləyiş olmadığı təqdirdə, təmasların effektivliyi də sual altına düşür.
Bu kontekstdə Bayramovla Mirzoyanın ADF çərçivəsində görüşü diqqət çəkir. İrəvan üçün bu görüş “nəhayət təmasın qurulması” olsa da, Bakının irəli sürdüyü tələbələr fonunda mövqeyi dəyişməyib. İstisna deyil ki, Bakı görüşə məhz Türkiyədə keçirilməsinə görə razılaşıb və məqsəd ADF-nin dialoq platforması rolunu gücəndirmək olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: "Çin Ukraynaya görə Rusiyaya ultimatum verib"
08:50 10.07.2026
Dünya
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm